Top.Mail.Ru
Sağlamlıq

Bütün gün oturmağın zərərli təsirlərinə qarşı 4 saniyəlik məşq

Araşdırmalar göstərir ki, gündə bir neçə dəfə edilən cəmi 4 saniyəlik intensiv məşq, bütün gün oturmaqdan qaynaqlanan fiziki xəstəliklərə qarşı təsirli ola bilər.
Uzun müddət oturmaq təkcə yorucu deyil, həm də uzun müddətdə bədənimizə və zehnimizə mənfi təsir edərək müxtəlif xəstəliklərə səbəb olur.
Əslində, saatlarla oturan insanlarda ‘məşq müqaviməti’ inkişaf edir ABŞ-ın Texas Universitetində aparılan yeni bir araşdırma uzun müddət oturmaqdan yaranan hərəkətsizlik və fiziki problemləri azaltmaq üçün maraqlı bir üsula işarə edir.
Araşdırmalara görə, çox qısa, lakin tez-tez edilən hərəkətlər belə uzun müddət hərəkətsizliyə qarşı təsirli ola bilər.
Texas Universitetinin Kinesiologiya və Sağlamlıq Təhsili Professoru Dr. Edvard F. Coyle və onun tədqiqat qrupu kəşf etdi ki, saatda beş dəfə 4 saniyə qaçış yağ yandırmağa və qanda trigliserid səviyyəsini aşağı salmağa kömək edir.
Yağ mübadiləsinin açarı odur ki, əzələlərinizi aktivləşdirməlisiniz. Əzələlərin çox uzun müddət hərəkətsiz qalmasına imkan verməmək lazımdır.
Mütəxəssislər razılaşırlar ki, işdən sonra idman zalına baş çəkmək hələ də yaxşı fikirdir. Ancaq imkanınız yoxdursa, gün ərzində fasilələrlə qısa məşqlər etmək həm də yağların yandırılmasını sürətləndirmək və qan dövranını rahatlaşdırmaq üçün idealdır.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, “qısamüddətli intensiv məşq rejimləri yağ metabolizmasını artırmaqda və insulin müqavimətini azaltmaqda daha faydalı olsa da, istənilən növ məşq və ya bir neçə pilləkən qalxmaq faydalı olacaq. Burada əsas şey sadəcə hərəkət etməkdir.

Bənzər yazılar