Sağlamlıq
Sağlamlığı yavaş-yavaş məhv edən səhər vərdişləri açıqlandı

Sağlamlığı yavaş-yavaş məhv edən səhər vərdişləri açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu haqda alimlər açıqlama verib
İlk pis vərdiş səhər yeməyini tərgitməkdir. Mütəxəssislər səhər yeməyindən imtina etməyin sağlamlıq üçün zərərli olduğunu deyirlər. Beləliklə, səhər yemək yeyən insanlar daha sürətli kalori yandırır və qanda qlükoza səviyyəsi də aşağı olur. Səhər yeməyindən imtina edənlərin ürək-damar xəstəliklərindən ölmə riski 87% yüksəkdir.
Alimlərin fikrincə, yeməkdən əvvəl qəhvə içmək də zərərlidir. İçki qanda qlükoza səviyyəsinə təsir göstərir, buna görə səhər yeməyindən əvvəl içməmək daha yaxşıdır – bunu yeməkdən sonra və ya ən azı yemək zamanı etmək məsləhətdir.
Sağlamlığa mənfi təsir göstərən başqa bir vərdiş isə donuz əti yeməklə bağlıdır. Alimlərin fikrincə, gündə bir tikə donuz əti belə (25 qram) kolorektal xərçəngə tutulma şansını 20 faiz artırır.
Nəhayət, həzmi poza bilən və qanda qlükoza artımına səbəb ola biləcək vərdiş səhər yeməyi zamanı şirə içməkdir. Xüsusən paketlərdə olaqn içkilər xüsusilə zərərlidir – belə bir məhsulda lif yoxdur, tərkibində çoxlu şəkər var. Alimlər sübut ediblər ki, səhərlər şəkərli şirələr və içkilər içmək şəkərli diabetin inkişaf riskini 16% artırır, ona görə də onları təzə meyvələrlə əvəz etmək daha yaxşıdır.