Top.Mail.Ru
Sağlamlıq

Yarım fincanla sağlamlıq: Hansı çaylar qan təzyiqini tənzimləyir?

“The Lancet” jurnalının “Global Burden of Disease” (Qlobal Xəstəlik Yükü) hesabatına görə, hipertoniya dünya üzrə ölüm hallarının 20%-ni təşkil edir. Araşdırmalar göstərir ki, müəyyən içkilər bu xəstəliklə mübarizədə kömək edə bilər.

Oxu.Az Ferraya istinadən xəbər verir ki, alimlər yaşıl çayın müntəzəm istehlakının hipertoniya riskini 65% azaltdığını müəyyən ediblər.

Saytların yığılması Saytların yığılması

Yaşıl çay və ulun çayı polifenolların ən yaxşı mənbələridir. Bu antioksidanlar yüksək təzyiqlə mübarizədə təsirli olur.

Tayvandan olan 1 507 çinli kişi və qadının iştirak etdiyi bir araşdırmanın nəticələri göstərib ki, gündə sadəcə yarım fincan çay qan təzyiqinə müsbət təsir göstərir.

Yaşıl çayın faydalı xüsusiyyətləri katexinlərlə əlaqələndirilir. Bu antioksidanlar qan damarlarını rahatlaşdıraraq, qan təzyiqini aşağı salmağa kömək edir.

KAİM.az

Bənzər yazılar