Top.Mail.Ru
bannerSİYASƏT

Paşinyan kimdir? – sorosun uşağı necə erməniBAŞI oldu

İşğalçı ermənistanda sorosun himayədarlığı ilə inqilab baş verəndə rəsmi Bakı fikirləşirdi ki, uzun illər aparılmış diplomatik danışıqlar nəhayət nəticə verəcək. Lakin nəticə hərkəsə məlumdur. Əvvəlcədən qeyid edək ki, beynəlxalq problemlər baş verərkən diplomatlar çalışır münaqişəni danışıqlar vasitəsi ilə həll etsin. Hərb çıxış yolu deyil və yaxud hərb son dayanacaqdır .
Hər bir Azərbaycan vətəndaşının son otuz ildə ən çox eşitdiyi söz Qarabağ münaqişəsi ilə bağlı danışıqların nəticəsiz davam etdirilməsi və bu günə kimi müxtəlif variantlar, qətnamələr olsa da, danışıqlar masasının çıxartdığı qərarları seyr ertməkdən başqa işə yaramaması idi. Çünki, problemin həllinə cavabdeh və yaxud məsuliyyətli dövlətlər əslində işğalçı ermənistanın himayədarlarıdır. Burda sual yaranır. Azərbaycan dövləti bilmirdi ki, Fransa və Rusiya bilavasitə ermənistanın hamisidir? Əlbəttə bilirdi. Lakin rəsmi Bakı zamanı gözləyirdi. Çünki,diplomatiya tələskənliyi sevmir. Bizim çox gözəl bir atalar sözümüz var:“Vaxtından tez banlayan xoruzu kəsərlər “.
Azərbaycan iqtidarı səbir və təmkinlə danışıqları aparır, bununla yanaşı ordu quruculuğunu inkişaf etdirirdi. Ölkə başçısı İlham Əliyev gözəl bilirdi ki, işğal altında olan əraziləri yalnız hərb yolu ilə bərpa etmək olar. Bununla yanaşı vaxtaşırı cənab Əliyev Azərbaycan dövlətinin inkişaf və qüdrətindən danışaraq düşmən ölkələrə incə diplomatik siqnal verirdi. Bir növ onları başa salmaq istəyirdi ki, bəsdirin, bizi aldatmayın. Günlərin birində cavabımız ağır olacaq. Necə ki, bu günlər rəşadətli əsgərimiz gücünü düşmənə göstərib və göstərir.
Paşinyan necə oldu ki, ermənistanda hakimiyətə gəldi?
Hər kəs bilir ki, ermənistan Rusiyanın Qafqazda yaratdığı süni ölkədir. Bu ölkəni Rusiya, türk dünyasını parçalamaq və daim nəzarətdə saxlam üçün yaradıb. Tarixə nəzər yetirsək, erməni xalqının həmişə vasitə, əlaltı olduğunu görürük. SSRİ dağılarkən müstəqil dövlətlətlər yarandı. O, cümlədən Azərbaycan müstəqliyini elan etdi. Müstəqiliyini elan edən Azərbaycanın ilk və ən böyük problemi süni ermənistanla başladı. Səbəb isə məlumdur.
Belə ki, işğalçı ölkə Rusiyanın himayədarlığı ilə ərazilərimizə iddia etməklə başladı və işğal etdi. Hər iki halda erməni vasitə oldu. Bizə zərbəni Rusiya vurdu. Rusiya müstəqil, qüdrətli Azərbaycan respublikası görmək istəmir. Çünki, Ruslar gözəl bilirlər ki, güclü Azərbaycan Qafqazda rus imperalizminə qarşı olacaq. Uzun illərdir ki, ruslar qafqaz xalqlarını məhv edir. Uzağa getməyək çeçen probleminə nəzər yetirək. Şeyx Şamil hərəkatını hələ demək istəmirəm.Ən yeni birinci və ikinci çeçen müharibəsinə nəzər yetirək. Çeçen xalqının böyük oğlu Cövhər Dudayevin başladığı mübarizəni unutmaq mümkün deyil. Rusiya çeçenləri necə qırdı. Axı bunu hər kəs gördü. Bəs dünya niyə susdu? Çeçen xalqı soyqırıma məruz qaldı. Hər kəs, o cümlədən özünü insan hüquq və azadlıqlarının qoruyucusu hesab edən ABŞ və avropa susdu. Səbəb nə idi bu susqunluğa? çox uzağa getməyək, qayıdaq paşinyan hökumətinə .
Ermənistanda hakim olan rus əlaltısı Xocalı qətliamçısı sarksiyanı soros uşağı paşinyan devirdi. Bu devrimə qədər ermənistanın İngiltərədə səfiri olmuş şəxs artıq prezident idi. Beləliklə, soros çox pul xərcləmədən paşinyanı hakimiyyətə gətirdi. Rusiya ilk dəfə olaraq Qafqazda öz evladını kiməsə təhfil verdi. Buna kimi rusiya ərəb ölkələrində yetişdirdiyi “kralları” böyük məbləğdə satmışdı. Əgər erməni xalqı dahi idisə, hadisələrin sonunu görməli idilər. Təbii ki, bu onlar üçün çətin və əlçatmazdır. Çünki, ermənilər hər zaman “amerikan polisi” kimi sonda peyda olurlar. Yəni bu xalqın düşünmə qabiliyyəti və imkanı yoxdur. Bunlar oyunçu yox fiqurdular.
Hər kəsə oda məlumdur ki, erməni xalqı öz talehini özləri həll etmir. Həmişə ruslar, fransızlar bəzəndə ingilis və farslar bunların qərarlarını verir. Əlbəttə bütün müharibələr sülhlə bitir. Amma bu sülh kimə xeyir, kimə ziyandır . Bu hərbi əməliyyatların nəticəsindən aslıdır. Bir növ qaliblər mühakimə olmur fikiri hər zaman hakimdir. Bu gün Azərbaycan əsgəri qalibdir. Azərbaycan dövləti öz gücünü düşmənə meydanda göstərir. Bu da dipolamtlarımıza qüvvət verir. Biz bu gün diqtə edirik. Kimdənsə nəsə xahiş etmirik, kiməsə vasitəçi olmağını xahiş etmirik. Bax budur güclü dövlət. Otuz ildən sonra Azərbaycan dövləti sözünü deyir. Paşinyanı və ermənistanı kimin himayə etməsindən aslı olmayaraq Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etməyin son mərhələsini həyata keçirir.
Bu gün Paşniyan ayrı bir tərəf, ermənistan isə başqa bir tərəfdir. Belə ki, süni yaradılmış ermənistan coğrafi olaraq rusiyaya, paşniyan və komandası sorosa lazımdır. Hər iki tərəf yəni rusiya və soros görür ki, ermənistan və paşinyan Azərbaycan dövlətinin qarşısında dura bilməyəcək. Buna görə də ölkəmizə qarşı müxtəlif və cılız vasitələrlə təsir göstərməyə çalışırlar. Demək olar ki, istənilən problem danışıq yolu ilə həll olunarsa, bu hər kəsə xeyirdir.
Lakin nəticə haqqa, hüquqa, ədalətə söykənməlidir. İllərdir işğalçı ermənistan və himayədarlarının Azərbaycana qarşı apardıqları oyunbazlığda diplomatik danışıqlar üçün yol qoymayıblar. Buna görə də bu gün əsgərimiz öz sözünü deyir. Praktikada sabaha heç vaxt ümid ölmür. İnanmaq istərdik ki, işğalçı ermənistan səhfini başa düşərək, çirkin niyyətindən əl çəkəcək. Aydındır ki, bu erməni xalqı üçün asant olmayacaq. Beləki, doğulandan türk sənin düşmənindir fikiri ilə böyüyən toplum üçün sülh qəbul edilməzdir.
Bu gün sülh bizdən çox onlara lazımdır. Məhv olmaq istəmirlərsə, həqiqəti qəbul etsinlər. Əzəli Azərbaycan torpaqlarında yaradılmış bu günkü ermənistan ərazilərinə çəkilsinlər və orada yaşasınlar …
Qarabağ Azərbaycandır!
“KAİNAT” analitik informasıya mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir