Top.Mail.Ru
SİYASƏT

Putindən nüvə silahı ilə bağlı ŞOK TƏHDİD – “Qərar qəbul olundu, zərbə ildırım kimi OLACAQ”

Əgər kimsə Ukraynadakı vəziyyətə kənardan müdaxilə etmək istəsə və strateji xarakterli təhlükə yaradarsa, o zaman “zərbə ildırım kimi olacaq”.

KAİM.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

O qeyd edib ki, belə zərbə ilə bağlı bütün qərarlar artıq qəbul edilib.

“Əgər kimsə Ukraynada baş verənlərə kənardan müdaxilə etmək niyyətindədirsə, Rusiyanın strateji təhlükəsiliyinə təhlükə yaranarsa, bizim cavabımız ildırım kimi çaxacaq və sürətli olacaq”, – deyə V.Putin Qanunvericilik Şurasının üzvləri ilə görüşündə deyib.

“Rusiyanın cavabı ani olacaq və sizi tarixinizdə heç vaxt yaşamadığınız nəticələrə aparacaq. Biz hadisələrin istənilən inkişafına hazırıq”, – Rusiya Prezidenti əlavə edib. O bildirib ki, Rusiyanın bunun üçün bütün instrumentləri var, belə ki, indi heç kim bununla öyünə bilməz”. Onun sözlərinə görə, Rusiya da öyünməyəcək. “Biz onlardan tələb olunduğu təqdirdə istifadə edəcəyik”, – deyə Vladimir Putin fikirlərini yekunlaşdırıb.

Fevralın 27-də Rusiya Prezidenti hərbçilərə strateji nüvə qüvvələrini xüsusi döyüş növbətçiliyinə keçirməyi əmr edib. O, bu qərarı Qərb ölkələrinin iqtisadi sahədəki “qeyri-dost hərəkətləri”, eləcə də Rusiyaya qarşı “aqressiv” ritorika ilə əsaslandırıb. // teleqraf.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button