Top.Mail.Ru

SİYASƏT

İran və Türkiyə arasında TƏHLÜKƏLİ BÖHRAN – Abdullahiyan Ərdoğana xəbərdarlıq ETDİ

İranın Xarici işlər naziri Hüseyn Abdullahiyan ölkəyə təsir edən qum fırtınasına görə Türkiyəni günahlandırıb.

KAİM.az xəbər verir ki, Türkiyə ilə İran arasında su böhranı yaranıb.

İranın Xarici İşlər naziri Hüseyn Abdullahiyan tənqidlərini İran parlamentində səsləndirib.

Loading...
Yazının davamı reklamdan sonra

Nazir Türkiyənin Araz çayı üzərində bənd tikməsindən narahatlığını ifadə edib. Son aylarda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ən azı 3 dəfə görüşdüyünü deyən iranlı nazir bu görüşlərdə bənd tikintisi ilə bağlı xəbərdarlıq etdiyini bildirib.

Bölgədə baş verə biləcək su böhranı ilə bağlı müştərək komitə yaradılması ideyasını gündəmə gətirən nazir nəticə əldə edə bilməyəcəklərini bildirib: “Biz Xarici İşlər Nazirliyi olaraq Türkiyəni bənd tikməməyə razı sala bilmədik. Dedik ki, bənd bizim üçün qəbuledilməzdir”.

Abdullahiyan Türkiyənin bənd planından təsirlənəcək İraqla danışıqların davam etdiyini bildirib.

 

Türkiyənin 1997-ci il Nyu-York razılaşmasına tərəf olmadığını xatırladan Abdullahiyan bu səbəbdən məsələnin beynəlxalq məhkəmələrdə çözülməsini mümkünsüz sayıb.

Qeyd edək ki,Abdullahiyandan əvvəldə bəzi İran rəsmiləri ölkəni bürüyən qum fırtınasına görə Türkiyəni günahlandırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button