Top.Mail.Ru

SİYASƏT

SON DƏQİQƏ! Azərbaycan, İran və Rusiya arasında üçtərəfli saziş İMZALANIR – TƏFƏRRÜAT

Azərbaycan və İran arasında gömrük sahəsində 3 əməkdaşlıq protokolu imzalanıb.

KAİM.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın gömrük naziri Alirza Müqəddəsi deyib.

Sənədləri Culfada Alirza Müqəddəsi və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev imzalayıb.

Loading...
Yazının davamı reklamdan sonra

A. Müqəddəsinin sözlərinə görə, iki ölkənin gömrük rəsmiləri arasında imzalanmış protokolların 13 maddəsi əməkdaşlığı, iqtisadi əməliyyatları, gömrük prosedurlarını və ikitərəfli qarşılıqlı əlaqələri daha da inkişaf etdirəcək, sürətləndirəcək və əlaqələndirəcək: ”Həmin, protokollarda İran, Azərbaycan və Rusiya arasında üçtərəfli tranzit haqqında razılıq əldə olunub”.

İranın gömrük naziri bildirib ki, Azərbaycan rəsmiləri həmin protokolların maddələri ilə razılaşıblar və hazırda üçtərəfli sazişin Tehranda imzalanmasına ehtiyac var. // report

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button