Top.Mail.Ru

SİYASƏT

ABŞ və müttəfiqləri Rusiyanın qurmaq istədiyi sərhədləri heç vaxt tanımayacaq

Dünyanın ən zəngin yeddi ölkəsi şənbə günü bildirib ki, onlar “Rusiyanın Ukraynada müharibə yolu ilə yaratmağa çalışdığı sərhədləri heç vaxt tanımayacaqlar və Kiyevə ciddi dəstək vəd ediblər. Turan-ın Vaşinqton müxbiri xəbər verir ki, bu barədə Almaniyada keçən üçgünlük G7 görüşlərinin yekunları üzrə bəyanatda deyilir.

Dövlət Departamentinin adından yaydığı bəyanatda deyilir: “Biz Rusiyanın hərbi təcavüz yolu ilə dəyişməyə çalışdığı sərhədləri heç vaxt tanımayacağıq və Ukraynanın, o cümlədən Krımın və bütün dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyimizi qoruyacağıq”, – Dövlət Departamentinin adından yaydığı bəyanatda G7 xarici işlər nazirləri: Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ və Aİ-nin ali nümayəndəsi bildirib.

Bəyanatda həmçinin Ukraynaya hərbi yardımın “lazım olduğu qədər” davam etdiriləcəyi vəd edilib.

Loading...
Yazının davamı reklamdan sonra

Birgə bəyanata görə, ölkələr Rusiyanın dezinformasiyasının qarşısını alacaq və Çini Moskvaya kömək etməməyə, Rusiyanın müharibəsinə haqq qazandırmamağa çağırıb. G7 ölkələri Çini Ukraynanın suverenliyini dəstəkləməyə çağıraraq, Ukraynaya qarşı səbəbsiz müharibənin bütün dünyanı təhdid etdiyini, ciddi ərzaq və enerji böhranına səbəb olduğunu bildiriblər.

Ayrı-ayrılıqda şənbə günü ABŞ dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə NATO xarici işlər nazirlərinin bu gün Berlində baş tutan görüşü barədə danışıb.

Dövlət Departamentinin bəyanatında deyilir ki, onlar Ukrayna xalqını və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləyiblər. “28-30 iyunda Madriddə keçiriləcək NATO Sammitinə hazırlıq məsələlərini, o cümlədən növbəti onillikdə NATO-ya rəhbərlik edəcək yeni NATO Strateji Konsepsiya sənədini müzakirə ediblər”.

Turan.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button