Top.Mail.Ru

SİYASƏT

Arestoviç Rusiya ilə barışığın yeganə variantını AÇIQLADI

“Rusiya ilə kompromis və onu “sakitləşdirmək” üçün Ukrayna ərazisinin bir hissəsini işğal etməsilə barışmaq baş tutmayacaq – işğalçılar ölkəmizi tamamilə tərk etməlidirlər”.

KAİM.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib və əlavə edib ki, indi düşmənlə hər-hansı barışıqdan söhbət getməməlidir.

“Barışığın yeganə variantı Rusiyanın kapitulyasiya sənədini imzalaması, qoşunlarını çıxarması və kompensasiya haqqında danışmaqdır. Bu, dövlət rəhbərliyinin prinsipial mövqeyidir”, – deyə Arestoviç bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

O vurğulayıb ki, bunlar təkcə prezident və ölkə rəhbərliyinin yox, həm də diplomatların, eləcə də Ukraynanın beynəlxalq tərəfdaşları – ABŞ və Böyük Britaniyanın şərtləridir.

“Avropadakı xəyalpərəstlərin hər şeyin nə qədər qeyri-müəyyən olduğunu təsəvvür etməyə vaxtları var, lakin Rusiyanın hərbi məğlubiyyəti və bütün düşmən əsgərlərin Ukraynadan çıxarılması istisna olmaqla, bunların heç biri baş verməyəcək”, – deyə Arestoviç əlavə edib.

Onun sözlərinə görə, bəzi ölkələr Minsk razılaşmalarını təkrarlamaq, o cümlədən nəyin bahasına olursa-olsun atəşkəsə çağırmaq istəyirlər.

“Rusların burada qalmasına icazə verəcəyimiz variant olmayacaq. Ayrı-ayrı ölkələr danışıqlara cəhd edə bilər, lakin biz Avropada hansı çoxşaxəli proseslərin getdiyini görürük. Onlar bəzən tərəddüd edəcəklər, çünki bu, Avropanın siyasət məktəbidir”, – deyən Arestoviç Rusiya Federasiyası, Fransa və Almaniya arasında müəyyən bir oyun keçirilə biləcəyini sözlərinə əlavə edib.

O, bu davranışı qəribə mövqe adlandırır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button