Top.Mail.Ru

SİYASƏT

Boris Consonun Ukrayna ilə bağlı “gizli planı” üzə çıxdı: Rusiyaya qarşı yeni alyans

Böyük Britaniyanın Baş naziri Boris Conson “gizli plan” hazırlayıb və Ukrayna Prezidenti Volodimir Zelenskini yeni beynəlxalq alyans yaratmağa dəvət edib. Bu barədə “Corriere Della Sera” qəzeti mənbələrə istinadən yazır.

KAİM.az bildirir ki, qəzetin yazdığı kimi, London Brüsseldən qorxan və “ruslarla maksimum barışmazlığa” hazır olan ölkələr arasında yeni siyasi, iqtisadi və hərbi sazişlər sistemini – Avropa İttifaqına alternativ yaratmağı təklif edir.

Conson modeli Böyük Britaniyanın rəhbərlik etdiyi birliyin yaradılmasını nəzərdə tutur. Gözlənildiyi kimi, buraya təkcə Avropa ölkələri – Ukrayna, Polşa, Estoniya, Latviya və Litva deyil, eyni zamanda Türkiyə də daxil olacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Yazıda qeyd edildiyinə görə, Conson “bir aydan çoxdur ki, bu toru toxuyur” – o, bu təşəbbüsü ilk dəfə aprelin əvvəlində Kiyevdə görüşləri zamanı Zelenskiyə təqdim edib. Kiyev hələlik bu təkliflə bağlı mövqe bildirməyib.

“London rəsmisinin Kiyevə səfərindən sonra danışıqlar davam edir və Böyük Britaniyanın Ukraynaya münasibəti getdikcə daha israrlı olur”, – deyə məqalədə bildirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button