Top.Mail.Ru

SİYASƏT

bp və “Masdar”la imzalanan müqavilələr böyük əhəmiyyət kəsb edir – SOCAR-ın vitse-prezidenti

“Bu gün Şuşada Böyük Britaniyanın bp şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə imzalanan müqavilələr Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

KAİM.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib.

“Hesab edirəm ki, biz “yaşıl enerji” sahəsində uzun müddət əməkdaşlıq edəcəyik. Bu şirkətlər, eyni zamanda Energetika Nazirliyi Şuşada külək generatorları, günəş panelləri və yaşıl enerji ilə əlaqədar bütün qurğuları quraşdıracaq. Onların burada olması bizim üçün qürur hissi doğurur. Dekarbonizasiya proseslərinin azaldılması istiqamətində SOCAR-ın böyük uğurları var. Burada da sıfır dekarbonizasiyaya çatmaq, tam “yaşıl enerji” qurğularını quraşdırmaq bizim üçün böyük önəm daşıyır”, – deyə o qeyd edib.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button