Top.Mail.Ru

SİYASƏT

SON DƏQİQƏ! Türkiyə və Rusiya arasında razılıq ƏLDƏ EDİLDİ – Rus hərbi gəmiləri…

Rusiya-Ukrayna müharibəsinin yaratdığı qlobal ərzaq böhranının həlli üçün Türkiyənin həyata keçirdiyi gərgin diplomatiya öz nəticəsini verib.

Teleqraf.com Rusiyanın “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, Türkiyə və Rusiya Ukrayna taxılının limanlardan çıxması planı üzərində razılaşıblar.

Məlumata görə, Rusiya taxıl yüklü gəmilərin Ukraynanın liman şəhəri Odessadan yola salınması üçün müvəqqəti planla bağlı Türkiyə ilə razılaşıb.

Loading...
Yazının davamı reklamdan sonra

Plana görə, Türkiyə Silahlı Qüvvələri Odessanın sahil bölgəsində minaların təmizlənməsinə cavabdeh olacaq. Taxıl yüklü gəmiləri Odessadan Qara dənizdəki neytral sulara qədər türk gəmiləri, buradan isə Boğaza qədər Rusiya hərbi gəmiləri müşayiət edəcək. Bu gün Türkiyəyə gələcək Rusiya xarici işlər naziri Sergey Lavrovun xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə yol xəritəsi dəqiqləşəcək.

Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi olaraq planlaşdırdığı yol xəritəsi ilə Ukrayna və Rusiyadan 20 milyon ton taxılın dünya bazarlarına çıxarılması planlaşdırılır. Ukrayna dünyanın ən böyük taxıl ixracatçılarından biridir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button