Top.Mail.Ru

SİYASƏT

Böyük Britaniyanın Baş naziri Prezident İlham Əliyevə məktub ünvanlayıb

Böyük Britaniyanın Baş naziri Boris Conson Azərbaycan Prezidenti İlham Əliyevə IX Qlobal Bakı Forumunun öz işinə başlaması münasibətilə məktub ünvanlayıb.

KAİM.az-ın xəbərinə görə, mətndə deyilir:

“IX Qlobal Bakı Forumunun açılışı münasibətilə sizi təbrik edirəm. Keçmişin, indinin və gələcəyin liderlərinə günün ən aktual problemlərini nəzərdən keçirmək üçün bu mühüm fürsəti təmin etdiyiniz üçün bir daha təşəkkür edirəm.

Loading...
Yazının davamı reklamdan sonra

Rusiyanın Ukraynaya qeyri-qanuni və əsassız müdaxiləsini Forumun əsas mövzusu etmək qərarınızı yüksək qiymətləndirirəm. Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı hücumu qlobal sülh və təhlükəsizliyə qarşı edilmiş bir hücumdur. Mariupol va Ukraynanın digər şəhərlərində sakinlərin vəhşicəsinə qətli və şəhərlərin tamamilə dağıdılması gələcəyə qorxulu mənzərə təqdim edir: beynəlxalq hüquqdan imtina və müstəqil dövlətlərin suverenliyinə hörmətsizlik. Rusiyanın davranışı təhlükəsizlik və dünyanın böyük hissəsi üçün uzunmüddətli nəticələrə səbəb olacaq – yalnız Putinin çirkin blokadasının qlobal ərzaq təhlükəsizliyinə olan təsirinə baxmaq kifayət edir. Biz Ukraynanın cəsur müdafiəçilərini silahlandırmaq, həyati humanitar və iqtisadi yardım göstərmək və Rusiyanın Ukraynadan çıxmasını təmin etmək üçün bu məsəlǝdə birlikdə hərəkət etməliyik.

Siz həmçinin enerji təhlükəsizliyi və keçidi məsələsini də vurğuladınız. Biz hazırda enerji təchizatımızın iki paralel formada yenidan qurulmasının ən intensiv mərhələsinə yaxınlaşınq. Biz Rusiya yanacaqlarından imtina etməliyik. Bu məsələdə Azərbaycan kimi alternativ təchizatçılar mühüm rol oynayır. Eyni zamanda iqlim dəyişikliyi artıq bir nəzəriyyə deyil. Daha isti, daha quru və qeyri-sabit havanın reallığı bu gün bütün dünyada yaşayış yerlərini zədələyir və həyatlan sona çatdırır. İqlim dəyişikliyinin gələcəkdəki dəhşətli fəsadlarının qarşısını almaq üçün bərpa olunan enerji mənbəlarinə sürətli keçid vasitəsilə mümkün qədər tez xalis sifira nail olmalıyıq. Dəyişikliyin bu ikili amilləri növbəti aylarda və illərdə bərpa olunan enerjiyə böyük sərmayə qoyulmasına gətirib çıxaracaq.

Forumdan əlavə olaraq, mən bilirəm ki. Azərbaycan pandemiyadan sonra biznes üçün qapılarını yenidən uğurla açdı, “AVRO-2020” futbol turniri və “Formula 1″ yarışına uğurla ev sahibliyi etdi. Sizin silahlı qüvvələriniz Kabildə NATO ilə birgə fəaliyyət göstərərək cəsarət və bacarıqlarını nümayiş etdirdilər və hava limanının mühafizəsi üçün son ana qədər koalisiya qüvvələrinə dəstək oldular.

Ölkənizin 2020-ci ildə geri qaytardığı qərb əyalətlərinin inkişafı haqlı olaraq xalqınız üçün əsas məqsəddir. Bu əyalətlərin mədəni mübadilə, yaşıl texnologiya və innovasiya mərkəzləri kimi inkişaf etməsi üçün imkanlar var. Lakin münaqişədən sonra belə bu istiqamətdə maneələr hələ də qalır. Minalar və digər döyüş sursatları bu əyalətləri yararsız hala salıb. Mən çox şadam ki, Britaniyanın minatəmizləmə üzrə ekspertləri və şirkətləri bu təhlükəni aradan qaldırmaq üçün azərbaycanlı həmkarları ila birgə çalışırlar. Azərbaycanın yeni minaların qoyulmaması öhdəliyini götürməsi və Piyada əleyhinə Minaların Qadağası Konvensiyasını imzalaması barışıq və sakinlərin həmin torpaqlara uğurla köçürülməsi istiqamətində böyük addım olardı və həmçinin regional liderliyini göstərərdi.

Forumun uğurlu keçməsi üçün ən xoş arzularımı qəbul edin”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button