Top.Mail.Ru

SİYASƏT

AK Parti rəsmisi Türkiyə-Ermənistan münasibətlərindən danışıb

“Qarabağ Zəfərindən sonra Azərbaycan və Türkiyə dövlət başçıları sülhün və sabitliyin təmin edilməsi istiqamətində fikirlər səsləndiriblər. Ona görə də bəyannamələrimiz və diplomatik fəaliyyətimiz heç vaxt dağıdıcı olmayıb, əksinə hər zaman inşaedici olub. Hazırda bu əlaqələri davam etdiririk”.

KAİM.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini Efkan Ala deyib.

Onun fikrincə, Azərbaycanın beynəlxalq hüquqdan qaynaqlanan haqqını tam qoruyub. Eyni zamanda bölgədə, həm Ermənistan, həm Gürcüstan, həm Rusiya və digər dövlətlərlə bütün sahələrdə əməkdaşlıq üçün yaxşı format təklif edib.

Loading...
Yazının davamı reklamdan sonra

E.Alanın fikrincə, ölkələr ticari əlaqələrini elə qurmalıdırlar ki, vətəndaşlar gedib gələ bilsinlər: “Azərbaycanla əməkdaşlıq çərçivəsində hərəkət edirik. Bu çərçivədə özəl təmsilçi təyin edərək Ermənistanla münasibətlərin normallaşması, sərhədlərin açılması üçün görüşlər davam edir. Münasibətlərin yaxşılaşacağını gözləyirəm, amma bunu deyəndə ehtiyat edirəm. Ümid edirəm ki, onlar da eyni anlayış içərisində görüşləri davam etdirərlər. Sadəcə iki ölkənin deyil bütün dövlətlərin xeyrinə olacaq nəticələr əldə ediləcək. Çünki hər kəs bilir ki, Azərbaycanın yox deyəcəyi işə biz də əvvəldən yox demişik. Hə deyəcəyi işlərə də hə demişik. Bunun üçüncü varinatı yoxdur. Ona görə də əlaqələrin inkişaf etdirilməsinin bölgənin xeyrinə olduğunu düşünürük. Azərbaycanla münasibətlərimiz çox yaxşıdır. Hər kəsin bu qardaşlıqdan dərs çıxarmasını tövsiyə edirəm. Biz heç kimin zərər çəkəcəyi siyasət aparmırıq. Hər kəsin faydalayacağı birlik içərisindəyik. İnanıram ki onlar da bu işə töhfələrini verərlər”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button