Top.Mail.Ru

SİYASƏT

Gürcüstan və Ermənistanın baş nazirləri regiondakı vəziyyəti müzakirə ediblər – YENİLƏNİB

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili İrəvana işgüzar səfər çərçivəsində erməni həmkarı Nikol Paşinyanla görüşüşb.

KAİM.az-ın xəbər verir ki, tərəflər iki ölkə arasında cari siyasi və iqtisadi münasibətləri müzakirə ediblər.

Görüşdə Gürcüstan və Ermənistan arasında ticari-iqtisadi, nəqliyyat-loqistika və mədəni sahələrdə məhsuldar əməkdaşlığın olduğu vurğulanıb.

Loading...
Yazının davamı reklamdan sonra

Hökumət başçıları söhbət zamanı regiondakı vəziyyətə və mövcud problemlərin həlli üçün birgə səylərin vacibliyinə də diqqət çəkiblər.

Tərəflər həmçinin iki ölkə arasında gələcək əməkdaşlığa, mövcud sıx və dostluq əlaqələrinin dərinləşdirilməsinə hazırlıqlarını ifadə ediblər.

16:27
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumət üzvləri ilə birgə Ermənistana işgüzar səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, birgünlük səfər Ermənistanın Baş naziri Nikol Paşinyanın dəvəti əsasında baş tutub.

İ.Qaribaşvili İrəvana səfərdən sonra iyunun 20-21-də Qətərə yola düşəcək. O, Qətər İqtisadi Forumunun panel müzakirəsinə qatılacaq.

İyunun 28-30-da isə hökumət başçısı NATO-nun Madrid sammitində iştirak edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button