Top.Mail.Ru

SİYASƏT

“Aİ Ukraynaya namizəd statusu verməyə hazırdır – Avropa Parlamenti

“Avropa İttifaqı (Aİ) Ukraynaya qapı açmağa və ona namizəd statusu verməyə hazırdır”.

KAİM.az UNİAN-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının sammiti ərəfəsində Avropa Parlamentinin sədri Roberta Metsola deyib.

“Mənim üçün Ukrayna Avropadır. Bu həftə çox vacib. Biz Ukraynaya geniş qapı açmağa hazırıq və mən ukraynalı bacı-qardaşlarımızı ailəmizlə birlikdə qucaqlamağa səbirsizlənirəm”, – Avropa Parlamentinin sədri bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

Metsola həmçinin Ukraynanın Aİ üzvlüyünə namizəd ölkə olacağına inamını ifadə edib: “Əminəm ki, bundan sonra bütün lazımi addımlar atılacaq”.

Xatırladaq ki, Avropa ölkələrinin liderləri iyunun 23-24-də keçiriləcək sammitdə Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi barədə qərar verməlidirlər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button