Top.Mail.Ru

SİYASƏT

Türkiyə və İranın XİN başçılarının görüşünün təfərrüatları açıqlanıb

İran İslam Respublikasının xarici işlər naziri İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşünün təfərrüatları məlum olub.

KAİM.az xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu tviter hesabında yazıb.

“Türkiyəyə ilk səfər edən xarici işlər naziri Əmirabdullahianı qəbul etdim. Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq müzakirə olundu. Ticarət əlaqələrimiz inkişaf edir, tezliklə Birgə İqtisadi Komissiya toplanacaq. Regional əməkdaşlığı daha da inkişaf etdirəcəyik”, – Çavuşoğlu bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

Nazirlər daha əvvəl birgə keçirdikləri mətbuat konfransında region ölkələrində baş verən prosesləri, o cümlədən Azərbaycanın da daxil olduğu münasibətləri müzakirə etdiklərini vurğulayıblar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button