Top.Mail.Ru

SİYASƏT

Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüş BAŞ TUTACAQ

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri olan səfir Sərdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında sıradakı görüş iyulun 1-də baş tutacaq.

KAİM.az bildirir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, sözügedən görüş Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Loading...
Yazının davamı reklamdan sonra

Vurğulayaq ki, Ruben Rubinyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın rəsmi təmsilçisidir. Türkiyə tərəfdən bu istiqamətdə danışıqlara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç başçılıq edir.

Xatırladaq ki, nümayəndələr arasında artıq üç dəfə: yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada görüş olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button