SİYASƏT
İndoneziya Prezidenti Ukraynaya səfərə gedir

İndoneziya Prezidenti Coko Vidodo bu gün Ukrayana səfər edəcək.
KAİM.az bildirir ki, bu haqda o, ğz rəsmi tviter hesabında yazıb.
“Polşadan Kiyevə, Ukraynaya yola düşürük. Bu sülhməramlı missiyaya start verdik”, – deyə sözügedən paylaşımda deyilir.
Loading...
Yazının davamı reklamdan sonra
Xatırladaq ki, daha əvvəl İndoneziya Prezidentinin Kiyevə və Moskvaya səfər edəcəyi bildirilmişdi. O, Ukraynadakı müharibənin dayandırılmasına nail olmaq niyyətində olduğunu açıqlamışdı.
Bundan başqa, səfər çərçivəsində Coko Vidodo qlobal ərzaq və enerji böhranlarının həlli yollarını müzakirə etmək niyyətindədir.