SİYASƏT
ABŞ Avropada hərbi iştirakını gücləndirmək niyyətindədir – BAYDEN

“ABŞ Avropada hərbi iştirakını gücləndirmək niyyətindədir”.
KAİM.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdə bildirib.
O deyib ki, NATO bütün istiqamətlərdən – havadan, qurudan və dənizdən təhlükələrin qarşısını almağa hazır olmalıdır.
Loading...
Yazının davamı reklamdan sonra
C.Bayden ABŞ-ın Avropaya daha iki F-35 qırıcı eskadrilyası göndərəcəyini də bəyan edib.
Xatırladaq ki, ABŞ Prezidentinin çıxışı NATO-nun saytına canlı yayımlanıb.