Top.Mail.Ru

SİYASƏT

İsrailin Baş naziri siyasətdən gedir

İsrailin Baş naziri Naftali Bennet qarşıdan gələn parlament seçkilərində iştirak etməmək və siyasətdən getmək qərarına gəlib.

KAİM.az bu barədə “Newsru.co.il” portalına istinadən xəbər verir.

Bennetin Baş nazir səlahiyyətinin müddəti başa çatdıqdan sonra siyasətdən getmək niyyətindən ilk öncə “Yamin” Partiyasının deputatları məlumatlı olublar.

Loading...
Yazının davamı reklamdan sonra

İsrailin Baş naziri bu qərarı 24-cü Knessetin buraxılmasından və onu müşayiət edən şəxslər və müşavirləri ilə görüşdən sonra verib. Portal qeyd edib ki, Bennett ailəsi tərəfindən təzyiqlərə məruz qalıb və yaxınları onu siyasətdən getməyə çağırıb.

Bennettin mətbuata açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, Naftali Bennet ilk dəfə 2013-cü ildə rəhbərlik etdiyi “Bayt Yehudi” Partiyası Knessetə namizəd olub və 12 mandat qazanıb. Partiya 2015-ci ildə səkkiz mandat qazanıb. 2019-cu il seçkilərindən əvvəl Bennet və “Beyt Yehudi”nin nümayəndələri tədricən “Yamin” blokuna çevrilən A-İamin a-Xadaş” Partiyasını yaradıblar.

Bennet 2021-ci ildə keçirilən seçkilərdən sonra İsrail hökumətinin sədri olub. Sonra o, vədlərə baxmayaraq, sol qüvvələrlə koalisiya yaradıb. Nəticədə bir sıra deputatlar onun partiyasını tərk edib və Bennetin Baş nazirliyi dövründə bir çox müşavirlər ondan uzaqlaşıb.

Xatırladaq ki, iyunun 21-də İsrail hakimiyyətinin Knesseti buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarına gəldiyi məlum olub. Bu, son üç ildə beşinci parlament seçkiləri olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button