Top.Mail.Ru

SİYASƏT

Şimali Koreya ABŞ-ı Avropa və Asiyada nüvə müharibəsi təhdidini yaratmaqda ittiham edib

Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi NATO-nun yeni strateji konsepsiyasını tənqid edib. Şimali Koreya Vaşinqtonu Avropa və Asiya-Sakit okean regionunda nüvə müharibəsi təhlükəsi yaratmaqda ittiham edib. Bundan əlavə, KXDR hesab edir ki, ABŞ Avropanı hərbiləşdirir və Asiya-Sakit okean regionunu NATO regionuna çevirmək istəyir.

KAİM.az xəbər verir ki, bu barədə Şimali Koreyanın KCNA agentliyi məlumat yayıb.

“NATO-nun bu sammitindən aydın oldu ki, ABŞ Avropanı hərbiləşdirərək Asiya-Sakit okean regionunu NATO regionuna çevirməklə Rusiya və Çini eyni vaxtda cilovlamağa və mühasirəyə almağa çalışır və ABŞ-Yaponiya-Cənubi Koreya üçtərəfli hərbi ittifaqını planların həyata keçirilməsi üçün mühüm vasitə hesab edir”, – XİN sözçüsü bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

Nazirlik hesab edir ki, “ABŞ və onun peyklərinin düşüncəsiz hərbi intriqaları” Avropa və Asiya-Sakit Okean regionunda eyni vaxtda nüvə müharibəsinin başlanması ilə nəticələnə biləcək vəziyyətə gətirib çıxarıb.

Qeyd edək ki, ABŞ-ın Asiya müttəfiqləri Madriddə keçirilən NATO sammitində ilk dəfə iştirak ediblər. Onlar Şimali Atlantika Alyansı ilə əlaqələri gücləndirərək Şimali Koreyanın Hind-Sakit Okean regionunda çəkindirmə mexanizmlərini gücləndirməyə çalışırlar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button