
Bu gün sosial şəbəkələrdə Gəncə Şəhər Prokurorluğunun önündə şəhid olan hərbçilərimizin ailələrinin etiraz aksiyası keçirməsi ilə bağlı məlumat yayılıb.
KAİM.az xəbər verir ki, Gəncə Şəhər Prokurorluğunun önündə toplaşan şəxslər 44 günlük müharibə dövründə evləri, obyektləri zərər çəkən şəxslər olub. Mənbənin verdiyi məlumata görə, AR Prokurorluğundan Gəncəyə gedən işçi qrup həmin şəxslərlə görüşüb. Məqsəd isə dəyən ziyanın aradan qaldırılması üçün araşdırmaların aparılması olub. Yəni, Gəncədə şəhid ailələri etiraz etməyib.(BAXAR.az)