Top.Mail.Ru
bannerSİYASƏT

Prezidentlərin reytinqli açıqlandı: Əliyevlə Ərdoğan zirvədə,Paşinyan və Makron… – VİDEO

“İnterfaks Ukrayna” agentliyi dünya siyasətçilərinin reytinqini açıqlayıb.

KAİM.az   xəbər verir ki, “2020: Qalib və məğlub olanlar” adlı material politoloq və beynəlxalq əlaqələr üzrə mütəxəssis Anton Rovenski tərəfindən tərtib edilib. “İlin qalibləri” kateqoriyasında Azərbaycan Prezidenti İlham Əliyev də var.

Agentlik qeyd edir ki, Dağlıq Qarabağdakı uğurlu hərbi əməliyyatlar Azərbaycan Prezidentinin daxili arenada böyük bir qələbəsi olub.

İlin ilk 10 qalibinə Rəcəb Tayyib Ərdoğan (Türkiyə), Narendra Modi (Hindistan), Xi Sinpinq (Çin), Kamala Harris (ABŞ), Viktor Orban (Macarıstan), Sadır Japarov (Qırğızıstan), İnqrida Şimonite (Litva) Maya Sandu (Moldova) və Luis Arse (Boliviya) daxil edilib.

 

“İlin məğlubu” nominasiyasına Ermənistan Baş naziri Nikol Paşinyan rəhbərlik edir.

Materialda qeyd edilib ki, Ermənistanın Azərbaycanla hərbi münaqişədə məğlubiyyəti rəsmi İrəvanı ciddi daxili siyasi böhrana sürükləyib:

“Nəticədə Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması prinsipial deyil, zaman məsələsidir. Gələcəkdə Paşinyan hakimiyyətini itirdikdən sonra cinayət təqibindən qaçaraq siyasi mühacirətə getmək məcburiyyətində qalacaq”.

İlin ilk 10 məğlubunun sırasında İqor Dodon (Moldova), Aleksandr Lukaşenko (Belarus), Emmanuel Makron (Fransa), Ursula von der Leyen (Avropa Birliyi), Yaroslav Kaçinski (Polşa), Milo Cukanoviç (Çernoqoriya), Haşim Taçi (Kosovo) Binyamin Netanyahu (İsrail) və Xəlifə Haftar (Liviya) yer alıb.

 

 

Mənbə: oxu24.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button