Top.Mail.Ru

SİYASƏT

SON DƏQİQƏ! Ərdoğandan SENSASİON ADDIM – “Osmanlı”nın bərpası DÜNYA GÜNDƏMİNDƏ

Türkiyənin “Əbdülhəmid Xan” gəmisinin Aralıq dənizinə açılması dünya mediasında geniş işıqlandırılıb.

Teleqraf.com xəbər verir ki, “Əl-Cəzirə” bu gəlişməni “Türkiyə Şərqi Aralıq dənizində təbii qaz axtarışına yenidən başladı” başlığı ilə oxucularına təqdim edib.

Xəbərdə Prezident Rəcəb Tayyib Ərdoğanın gəminin yola salınması mərasimdəki çıxışına geniş yer verilib və marşrutun onun tərəfindən müəyyən edildiyi vurğulanıb.

Loading...
Yazının davamı reklamdan sonra

ABŞ-ın “ABC News” saytı isə yazır ki, Türkiyə prezidenti ölkənin ən yeni və ən böyük sualtı karbohidrogen qazma gəmisini çərşənbə axşamı suya buraxdı.

Ərdoğanın “Heç kimin icazə və ya razılığına ehtiyacımız yoxdur” sözləri də xəbərdə yer alıb: “Türkiyənin digər qazma gəmiləri “Fateh”, “Qanuni” və “Yavuz” Türkiyənin təbii qaz ehtiyatları aşkar etdiyi Qara dənizdə fəaliyyət göstərir. Dörd gəmiyə Osmanlı sultanlarının adları verilib”.

“Brussels Times” qəzeti “Türkiyə neft və qaz üçün dənizdə qazma işlərini davam etdirir” başlığı ilə xəbər yayıb.

 

Xəbərdə Türkiyənin bu addımı ilə bağlı belə deyilir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni neft və qaz kəşfiyyatı kampaniyasına başlayıb və bunun Türkiyə sahilləri və sularında aparıldığını vurğulayıb”.

Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı gəlişməni “İki il sonra türk qazma gəmisi mübahisəli Aralıq dənizi suları xaricində fəaliyyətə başladı” başlığı ilə təqdim edib. Qeyd olunub ki, Türkiyənin dördüncü qazma gəmisi “Əbdülhəmid Xan” Antalyanın cənub sahilində yerləşən Qazipaşa bölgəsindən 55 kilometr aralıda fəaliyyət göstərəcək. Bildirilib ki, Şərqi Aralıq dənizində son 10 ildə təbii qaz kəşfləri bölgəni Avropa üçün ən uyğun alternativ enerji mənbəyinə çevirib.

“Deutsche Welle” (DW) isə “Əbdülhəmid Xan”ın istismara verilməsinə Yunanıstan və Cənubi Kiprin çərçivəsindən baxıb. Alman nəşri Türkiyəni 2 qeyri-qanuni qaz yataqları axtarmaqda ittiham edib. Qəzet Ankaranın bölgədə qaz axtarma fəaliyyətinin Yunanıstan və Cənubi Kiprə aid bölgədə aparıldığı barədə təsəvvür yaratmağa çalışıb.

Çinin xəbər agentliyi “Sinxua” bu gəlişməni “Türkiyənin dördüncü araşdırma gəmisi Aralıq dənizinin şərqinə doğru üzür” başlığı ilə təqdim edib.

“Reuters”in “Türkiyənin yeni qazma gəmisi Aralıq dənizinin mübahisəli sularının xaricində fəaliyyət göstərəcək” başlıqlı xəbərində Prezident Ərdoğanın mərasimdəki çıxışı zamanı çəkilmiş şəkli təqdi

Bənzər yazılar

Back to top button