Top.Mail.Ru

SİYASƏT

Azərbaycan hərbçiləri “Qardaş Briqada” layihəsi çərçivəsində Türkiyədə təlimdə iştirak edib

Azərbaycan ilə Türkiyə arasında imzalanan ikitərəfli əməkdaşlıq planına uyğun olaraq “Qardaş Briqada” layihəsi çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyədə keçirilən təlimdə iştirak edib.

KAİM.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim müddətinin başa çatması ilə əlaqədar Türkiyə Silahlı Qüvvələrinin Ordu Korpusunun komandiri general-leytenant Rasim Yaldız və digər yüksək rütbəli zabitlərin iştirakı ilə mərasim keçirilib.

Loading...
Yazının davamı reklamdan sonra

Mərasimdə çıxış edən general-leytenant R.Yaldız “Qardaş Briqada” layihəsi çərçivəsində hərbi qulluqçularımızın nümunəvi xidmət etdiyini vurğulayaraq təlim zamanı qazanılan bilik və təcrübələrin Azərbaycan Ordusunun daha da güclənməsi naminə tətbiq edəcəklərinə inandığını bildirib.

 

Bənzər yazılar

Back to top button