Top.Mail.Ru

SİYASƏT

SON DƏQİQƏ! İrəvan Ankaranın təklifini QƏBUL ETDİ – Rusiya və İran regionda RÜSVAY OLDU

“Rusiya, Qərb və İran Ermənistan və Türkiyə nümayəndələri arasında nizamlanma prosesinə dair danışıqların İrəvan və Ankarada davam etdirilməsinə mane olmağa çalışırlar”.

KAİM.az xəbər verir ki, bunu erməni türkoloq Andranik İspiryan deyib.

“Son vaxtlar regiondakı oyunçular – Rusiya, Qərb və İran fəal şəkildə açıqlamalar verirlər. Amma nəzərə almalıyıq ki, nizamlanma prosesi ilə bağlı danışıqlar iki ölkə arasında gedir, üçüncü tərəflər sadəcə olaraq bu danışıqların rahat getməsinə kömək edən vasitəçilərdir. Baş nazir həm Rusiya liderini, həm də Qərb ölkələrini danışıqların gedişi barədə məlumatlandırıb. Güman etmək olar ki, onlar danışıqların hər iki ölkədə aparılmasına mane olmağa çalışırlar. Mən isə hesab edirəm ki, Türkiyə və Ermənistan bunun üçün qarşılıqlı etimad yaratmağa çalışırlar”, – ekspert bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

İspiryanın fikrincə, danışıqlar əbədi olaraq üçüncü ölkələrdə davam edə bilməz, qarşılıq etimad formalaşdıqdan sonra hansısa mərhələdə Türkiyə və Ermənistanda davam etdirilə bilər.

 

Sentyabrda Qars şəhərində görüş keçiriləcəyi ilə bağlı Türkiyə mətbuatında yayılan məlumata münasibət bildirən türkoloq bunu istisna etməyib:

“Türkiyə mətbuatının inamlı təkidinə baxanda görünən budur ki, Ermənistan tərəfi buna müsbət cavab verib. Təcrübə göstərir ki, anonim türk mənbələri həmişə haqlı çıxır”.

Bənzər yazılar

Back to top button