Top.Mail.Ru

SİYASƏT

ABŞ: “Biz Ermənistanı Rusiyanın əlinə keçəcək silahlarla təmin edə bilmərik”

Biz Ermənistanı Rusiyanın əlinə keçəcək silahlarla təmin edə bilmərik. 

KAİM.az xəbər verir ki, bu barədə konqresmen Ceki Speyer Amerika Erməni Assambleyasının təşəbbüsü ilə təşkil olunan onlayn görüş zamanı bildirib.

“Bizim konqresmenlərin himayə etdiyi qətnamələr ona görə vacibdir ki, onlar xüsusi xarakter daşıyır və Azərbaycana aydın və güclü siqnal verir.

Bundan başqa, ABŞ hökumətinin Ermənistana hərbi dəstək verməyə hazır olması da az əhəmiyyət kəsb etmir.

Lakin biz Ermənistana Rusiyanın əlinə keçəcək silahları verə bilmərik. Ona görə də müəyyən mənada əlimiz-qolumuz bağlıdır”, – konqresmen Ceki Speyer deyib.

O, Ukraynanı misal çəkərək Ermənistanın da bu ölkənin yolu ilə gedəcəyinə və Rusiyaya qarşı müqavimət göstərəcəyinə ümid etdiyini bildirib.

Erməni kökləri olan Ceki Speyer Ermənistanı vətəni hesab etdiyini bildirib və ölkənin Sovet İttifaqının dönəminə qayıtmasını istəmədiyini qeyd edib.

ABŞ Azərbaycana silah tədarükünün qarşısını almaq üçün nə edə bilər sualına konqresmen ümidvarlıqla cavab verib ki, 907 saylı qətnaməni nəzərə alaraq, yaxın gələcəkdə Azərbaycana maliyyə ayrılmayacaq. Ermənistana a verilən dəstək 45 milyon dollardan 60 milyon dollara yüksəlib.

Bir sözlə, Amerika Ermənistanı “Rusiya gəmisinin arxasınca” göndərib.

Bənzər yazılar

Back to top button