Top.Mail.Ru

SİYASƏT

Deputat: “Qarabağa “Böyük Qayıdış” planındakı hədəflər müasir çağırışlara uyğundur” – FOTO

Deputat Vüqar Bayramlı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı şərh edib. 

O, Oxu.Az-a açıqlamasında bildirib ki, proqram Qarabağ və Şərqi Zəngəzurda qayıdışın birinci mərhələsində vətəndaşlarımızın öz ata-baba yurdlarına dönmələri üçün sistemli və ünvanlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:

“Proqramın əsas hədəfləri infrastrukturun, iqtisadiyyatın formalaşması, inteqrasiyası, sosial inkişaf və ərazilərdə ekoloji mühitin yaxşılaşdırılmasıdır. Hədəflər müasir çağırışlara uyğundur. Qarabağ və Şərqi Zəngəzurda mənfur düşmən tərəfindən infrastruktur tamamilə dağıdılıb. Hazırda onun yenidən qurulması istiqamətində işlər gedir. Proqramda nəqliyyat və logistik imkanların genişlənməsi, şəhər, qəsəbə və kənd tipli yaşayış məntəqələrinin qurulması nəzərdə tutulub”.

Ekspert qeyd edib ki, həmin ərazilərdə iqtisadiyyatın formalaşması proqram çərçivəsində və Vergi Məcəlləsində reallaşmaqdadır:

“Gələn ildən etibarən işğaldan azad edilmiş ərazilərdə 10 il müddətinə gəlir vergisi güzəştlərinin tətbiqi planlaşdırılır. Bu, iqtisadiyyatın formalaşması baxımından vacibdir. Prezident İlham Əliyevin göstərişi ondan ibarətdir ki, dədə-baba yurduna köçən vətəndaşlarımız işlə təmin olunsunlar.

Ərazilərdə məskunlaşan vətəndaşlarımızın sosial təminatı proqram çərçivəsində prioritetdir. Proqramda konkret hədəf və fəaliyyətlər var. Burada qiymətləndirmə də öz əksini tapıb”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib.

Sözügedən proqram barədə buradan geniş məlumat əldə edə bilərsiniz.

İlhamə Əbülfət

Bənzər yazılar

Back to top button