Top.Mail.Ru

SİYASƏT

Ərdoğan Rusiyanı İTTİHAM ETDİ: “Vəzifəsini yerinə yetirməkdən İMTİNA EDİR”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında keçirilən xüsusi əməliyyatın səbəblərini, o cümlədən Rusiyanın bu regionda terrorçuları məhv etməkdən imtina etdiyini açıqlayıb.

KAİM.az Publika.az-a istinadən xəbər verir ki, onun sözlərini “Daily Sabah” qəzeti sitat gətirir.

“2019-cu il Soçi razılaşmasına əsasən, İraqın və Suriyanın şimalında terrorçuların məhvinə cavabdeh olan Rusiyaya dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, Moskva üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edir”, – deyə Ərdoğan bildirib.

O, Türkiyənin susmayacağını və terrorçulara qarşı müstəqil şəkildə tədbirlər görəcəyini vurğulayıb. Prezident Kobani rayonuna 12 zərbə endirildiyini təsdiqləyib və əlavə edib ki, əməliyyat davam edəcək.

Bundan əvvəl Türkiyənin, ABŞ məmurları tərəfindən informasiyaların de-şifrə olunması səbəbindən Suriya və İraqın şimalındakı əməliyyatı bir gün sonraya təxirə saldığı məlum olub. Əməliyyat əvvəlcə bazar günü, noyabrın 20-si axşama planlaşdırılırdı.

Ankaranın Suriyanın şimalında terrorçu Kürdüstan Fəhlə Partiyasının döyüş birləşmələrinə qarşı növbəti xüsusi əməliyyat keçirməyi planlaşdırdığı barədə məlumat noyabrın 15-də yayılıb. Bu əməliyyat Suriya kürdlərinin noyabrın 13-də İstanbulda törətdiyi terror aktına cavab məqsədi daşıyır.

Bənzər yazılar

Back to top button