Top.Mail.Ru

SİYASƏT

ABŞ-ın “NATO tələsi” – Vaşinqton Avropanı necə SARSITMAQ İSTƏYİR?

ABŞ hakimiyyəti Avropa iqtisadiyyatını sarsıtmaq və Aİ siyasətinə nəzarəti gücləndirmək üçün NATO-dan tələ kimi istifadə edir.

KAİM.az Publika.az-a istinadən xəbər verir ki, bu fikri Çinin “The Global Times” qəzetinin müəllifləri yerli ekspertlərin mövqeyinə istinadən bildiriblər.

Material müəllifləri bildiriblər ki, ABŞ “pis niyyətlər qurur, NATO üzvü olan ölkələrə təzyiqlər planlaşdırır və onlardan müdafiə büdcəsini artırmağı tələb edir”.

“Avropa İttifaqında baş verən enerji böhranını və ciddi inflyasiyanı nəzərə alsaq, müdafiə xərclərinin artması Avropa hökumətlərində daha böyük ictimai narazılıq dalğasına səbəb ola bilər. Nəticədə, ABŞ-ın Aİ ölkələrinin rəhbərliyinə təsir göstərməsi asanlaşacaq”, – məqalədə qeyd edilir.

Amerikalı mühafizəkar daha əvvəl bəyan etmişdilər ki, Ukrayna prezidenti Vladimir Zelenski Polşa rəhbərliyi ilə birlikdə Polşanın Prjevoduv kəndi yaxınlığında raketlərin düşməsi ilə bağlı bəyanatları ilə NATO-nu tələyə salıb. Qeyd olunub ki, Kiyev və Varşava Ukraynanın insidentdə iştirak etməməsi ilə bağlı Vaşinqtonu bilərəkdən yanlış məlumatlandırıb.

Bənzər yazılar

Back to top button