Top.Mail.Ru
SİYASƏT

“Azərbaycanın Haaqa Məhkəməsinə müraciətinin nəticəsi olmayacaq” – “Azərbaycan Roma Statutuna qoşulmayıb”

Dekabrın 25-də Beynəlxalq Cinayət Məhkəməsi Prokurorluğunun Məlumat və dəlil şöbəsinin müdiri Mark Dillon, Milli Məclisin İnsan küquqları komitəsinin sədri Zahid Oruca bir məktub göndərdi. Xatırlatmaq istərdik ki, bundan əvvəl Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsi müharibə cinayətləri ilə əlaqədar olaraq dəfələrlə dünya ölkələrinin parlamentlərinə, beynəlxalq təşkilatlara və beynəlxalq QHT-lərə Ermənistanın hərbi cinayətləri ilə bağlı bəyanatlarla müraciət etmişdi. Fakt və rəqəmlərə əsaslanaraq, müvafiq beynəlxalq təşkilatlara göndərilən bəyanatlarda Ermənistanın hərbi və qeyri-insani cinayətləri, Gəncə və Bərdədə mülki şəxslərə qarşı ballistik raket hücumları, mülki şəxslərin ölümü, mülki şəxslər arasında çox sayda yaralanma, minlərlə evin dağıdılması və əmlaka dəyən zərər, ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı qeyri-insani rəftar faktları, işgəncə və s. barədə ətraflı məlumat verilmişdi.

Məktubda Mark Dillon sənədin Azərbaycandan alındığını təsdiqlədi və baxılması üçün Beynəlxalq Cinayət Məhkəməsi Prokurorluğu İdarəsinin kommunikasiya reyestrinə daxil edildiyini bildirdi. Sənədin Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinin (Roma Statutu) müddəalarına uyğun olaraq nəzərdən keçiriləcəyi vurğulandı. Sənəd nəzərdən keçirilərkən və müvafiq qərar qəbul edilərkən, qərarla əlaqədar olaraq Azərbaycan Parlamentinin İnsan hüquqları komitəsinin sədrinə yazılı bildiriş veriləcəyi qeyd edildi (report.az/ru/karabakh/ugolovnyj-sud-v-gaage-zajmetsya-rassledovaniem-voennyh-prestuplenij -armenii).

30 sentyabr 2020-ci il AYNA-ya “Onlar hərbi cinayətkarları bizə təhvil verməyəcəklər, lakin…” başlıqlı bir məqalə dərc edildi. Məqalədə beynəlxalq hüquq mütəxəssisi Aqil Layıcın insanlığa qarşı cinayətlərin və təcavüz cinayətlərinin 17 iyul 1998-ci il tarixində Romada diplomatik konfransda qəbul edilmiş və Roma Statutu adlandırılan sənəd əsasında yaradılan, Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırıldığı fikirləri yer alırdı.

“Ancaq belə bir araşdırma aparmaq üçün həm Azərbaycan, həm də Ermənistanın bu sənədi ratifikasiya etməsi lazımdır. Ancaq bu günə qədər bu ölkələrin heç biri Roma Statutunu raatifikasiya etməyib ki, bu səbəbdən də, Ermənistanın əməlləri barədə Roma Statutuna əsasən qərar vermək mümkün deyil”, – deyə hüquqşünas bildirmişdi.

Əgər Azərbaycan Roma Statutuna qoşulmayıbsa, onda Beynəlxalq Ədalət Məhkəməsi nümayəndəsinin cavab məktubu nə deməkdir? AYNA suala aydınlıq gətirmək üçün Milli Məclis üzvü, beynəlxalq əlaqələr üzrə hüquqşünas Erkin Qədirliyə müraciət edib.

Onun sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsinin ofisi alınan bütün sənədləri kommunikasiya reyestrinə daxil edir: “Bu, Beynəlxalq Ədalət Məhkəməsinin həmin müraciət əsasında hər hansı bir qərar verəcəyi anlamına gəlmir”.

“Bu müraciətin heç bir nəticəsi olmayacağını düşünürəm. Azərbaycan Roma Statutuna qoşulmayıb. Bu səbəbdən, Haaqa Məhkəməsinin yurisdiksiyası bizə şamil edilmir”, – Erkin Qədirli bildirib. //ayna.az//

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button