Top.Mail.Ru

SİYASƏT

Qərbdə növbəti PARÇALANMA: Böyük Britaniya və Belçika arasında MÜBAHİSƏ DÜŞDÜ

Belçika hökuməti Britaniyanın nüvə qabiliyyətini qoruması üçün vacib sayılan texnologiyanın ixracını əngəlləyib.

KAİM.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat yayıb.

Hər iki ölkənin NATO müttəfiqi olmasına görə Avropada müharibənin getdiyi bir vaxtda münaqişənin Qərb birliyinə təhlükə yaratması faktı meydana çıxıb.

İki həftə əvvəl Belçika federal hökuməti Britaniyanın nüvə arsenalını saxlamaq üçün lazım olan xüsusi izostatik presin ixracına icazə verməyib. Buna əsas səbəb Belçikada hakim koalisiyanın tərkib hissəsini təşkil edən “Yaşıllar”ın anlaşmaya veto qoyması olub..

İzostatik press Antverpendə ABŞ-Belçika şirkəti “EPSI” tərəfindən istehsal olunur. Böyük Britaniya AB-dən çıxdıqdan sonra bu məhsul Belçika hökumətinin xüsusi lisenziyası ilə ixrac edilməlidir. Əvvəllər bu prosedur formal xarakter daşıyırdısa, bu dəfə baş nazirin müavini Jorj Gilkin tərəfindən əngəllənib. Siyasətçi nüvə silahlarına və hərbi-sənaye lobbisinə qarşı çıxan “Ecolo” partiyasını təmsil edir.

Nüvə pressi Böyük Britaniyanın Aldermaston bölgəsindəki nüvə başlıqlarının istehsalında istifadə olunur. Belçikada məhsul “dünyada analoqu olmayan” kimi xarakterizə olunur. Qəzetin yazdığına görə, Böyük Britaniya  Belçikanın “FN Herstal” şirkətinin istehsal etdiyi pulemyotlarını alınması ilə bağlı ümumi dəyəri 514 milyon funt sterlinq (təxminən 600 milyon avro) çox olan müqaviləni ləğv etməklə hədələyir.

Gələn xəbərlərə görə, bu, Belçikada onsuz da kövrək sayılan hakim koalisiyanın dağılmasına gətirib çıxaracaq. Belə ki, Böyük Britaniya kimi alıcının itirilməsi ölkənin cənub bölgəsində yerləşən “FN Herstal” fabriklərində bütün işi dayandırılmasına səbəb ola bilər. //Musavat.com

Bənzər yazılar

Back to top button