Top.Mail.Ru
SİYASƏT

Rusiya sülhməramlılarına BMT MANDATI? – Vardanyan Moskvanın əsas “KARTINI” AÇDI

Qarabağ separatçılarının “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan RTVI telekanalına müsahibəsində “gələcək planları” haqda danışıb. Vardanyan deyib ki, onun Qarabağa gəlişi və “vəzifəyə” təyin olunması hamının unuda biləcəyi “artsax mövzusu”nu daha da aktuallaşdırıb.

“İndi Qarabağda baş verən hər şey Rusiya, Ermənistan, Azərbaycan və dünya mətbuatında müzakirə mövzusuna çevrilir”, – Vardanyan vurğulayıb. Onun sözlərinə görə, Qarabağ separatçılarının başçısı Araik Arutyunyanla razılaşması var ki, Xankəndidəki qondarma “hökumət strukturunda” islahatlar aparılsın. Milyarderin fikrincə, Xankəndidə özünün vahid komandasının formalaşdırılması zəruridir. Rusiyalı milyarder Qarabağa köçməsinə reaksiyanı şərh edərkən deyib ki, guya bu qərarı heç kimin göstərişi olmadan, ailəsi ilə birgə verib. “Mən həmişə Rusiya vətəndaşı olmuşam, amma digər tərəfdən də bütün dünyada işləmişəm” deyən Vardanyanın sözlərinə görə, Rusiya, İngiltərə, Amerika, Kipr, Ukrayna, Qazaxıstan kimi ölkələrdə 50-dən çox biznes təşkilatı qurub. Qarabağdakı planlarından danışan Vardanyan bildirib ki, bütün sahələri əhatə edən 15-ə yaxın islahat həyata keçirməyə hazırlaşır – hərbidən tutmuş iqtisadiyyata qədər. Onun sözlərinə görə, 44 günlük müharibə nəticəsində mühüm ərazilərin Azərbaycanın nəzarətinə keçməsinə baxmayaraq, kənd təsərrüfatı separatçılar üçün aparıcı sahədir. Ruben Vardanyan Ermənistanın baş naziri Nikol Paşinyanla münasibətləri barədə də danışıb. O, Paşinyanla ilk dəfə 2018-ci ildə, məxməri inqilabdan sonra görüşdüyünü bildirib. “Ona dedim ki, məni narahat edən, həyat tərzimi dəyişməyə hazır olduğum yeganə mövzu “artsax”dır. Mən ona açıq demişəm ki, mən heç vaxt əvvəlki prezidentlərin siyasi fəaliyyətinə qarışmamışam və indi də qarışmaq fikrində deyiləm, amma “artsax” mənim üçün qırmızı xətdir”, – Vardanyan bildirib.

O vurğulayıb ki, o, erməni elitasının Qarabağla bağlı biganəliyini qəbuledilməz sayır. Milyarder qeyd edib ki, onun Ermənistanın hazırkı baş naziri ilə “işçi münasibətləri” var. Vardanyan deyib ki, Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması, onların sayının artırılması və statusunun daha dəqiq müəyyənləşdirilməsi məsələsini həll etmək lazımdır. Onun sözlərinə görə, ən düzgün qərar Rusiya sülhməramlılarına beynəlxalq BMT mandatının verilməsi ola bilər. “Bu məsələlər mümkün qədər tez həll edilməlidir, çünki Rusiya sülhməramlı kontingentinin birinci müddətinin başa çatmasına cəmi 2,5 il qalır”. Vardanyan vurğulayıb ki, Qarabağ məsələsi beynəlxalq vasitəçilərin iştirakı ilə ayrıca danışıqlar rejimində həll edilməlidir.

Göründüyü kimi, Vardanyan “qırmızı xətti” keçir və “hərbidən tutmuş iqtisadiyyata qədər” islahatlar vəd edir. Onun “ən düzgün qərar Rusiya sülhməramlılarına beynəlxalq BMT mandatının verilməsi ola bilər” fikri də birbaşa Moskvanın maraqlarına cavab verir və Kremlin sifarişi ilə ortaya atıldığı şübhə doğurmur.

Pelosi gedir, yerinə Pelosi-2 gəlir? - Ermənilərin ABŞ sarıdan arxayınçılığının səbəbi

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Vardanyanın öncəki müsahibələrini oxuduğunu və   bəzi sitatları diqqətə çatdıraraq dedi ki, erməni separatçısının fikirlərini və son iki ildəki fəaliyyətini ardıcıl olaraq izləyib analiz etdikdə onun Azərbaycanın bölgədə yaratdığı reallıqları ermənilərin xeyrinə dəyişmək üçün, o cümlədən Qarabağın “müstəqilliyinin təmin edilməsi” üçün erməni diasporu tərəfindən təyin olunan, güclü iqtisadi imkanları və iddiaları olan siyasi fiqur olduğu üzə çıxır: “O, Qarabağın “müstəqilliyinin qorunmasını” Rusiyanın təhlükəsizlik çətiri altında mümkün görür. Bu baxımdan, onun “müharibə məsələnin həll yolu deyil” deməsi əslində növbəti bir neçə on illik üçün taym-aut götürmək və ümumdünya erməniçiliyinin gücünü Qarabağda səfərbər edərək, Azərbaycana qarşı yeni reallıqlar yaratmaq deməkdir. Azərbaycan qətiyyən ümumdünya erməniçiliyinə belə bir imkanı təqdim etməməli, Vardanyan və onun himayəçi qüvvələrinə Qarabağda separatizmin kökünü dərinləşdirməyə mane olmalıdır. Bunun üçün ilkin olaraq növbəti antiterror əməliyyatı ilə Laçın koridorunun bağlanması, Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrin birdəfəlik məhv olunması, 2025-ci ildə rus sülhməramlılarının mandatının uzadılmaması və qondarma rejimin beynəlxalq danışıqlarda iştirakının əngəllənməsi, bölgənin iqtisadi-siyasi reinteqrasiyası üçün müvafiq layihələrin həyata keçirilməsi zəruridir”.

Rəşad Bayramov: “Pulsuz səhiyyə kağız üzərindədir”/ Elçin Qurbanov: “Tibbi xidmətlərdə ƏDV-nin vergi dərəcələri azaldılsın!” » Siam.az

Rəşad Bayramov

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov bildirdi ki, Vardanyanın Rusiya vətəndaşlığından guya imtina etdiyini bəyan edərək Qarabağa köçməsi ideyasının arxasında rəsmi Moskvanın dayandığı çoxdan məlumdur: “Bütün varidatını Rusiyada qazanan, Rusiyanın siyasi elitası ilə kifayət qədər yaxşı münasibətləri olan, həmin oliqarxların rüşvət və korrupsiya yolu ilə əldə etdiyi çirkli pulların yuyulmasında baş oyunçu olmuş Vardanyanın birdən-birə Qarabağa köçməsini bəyan etməsi təbii ki, təsadüfi deyildi. Rəsmi Moskva özünün Ermənistandakı ənənəvi oyunçularının xalq tərəfindən dəstəklənmədiyini gördüyü üçün Vardanyan kartını işə salmışdı.

Vardanyanın missiyasının nədən ibarət olduğunu əslində o özü elə ilk açıqlamasında, yəni Qarabağa köçməklə bağlı verdiyi bəyanatda açıqlamışdı. O demişdi ki, “əsas funksiyam həm idarəçilik, həm də maliyyə əlaqələrimdən, o cümlədən danışıqlar aparmağı bilən bir insan kimi imkanlarımdan istifadə etməkdir ki, son dərəcə çətin vəziyyət şəraitində dərin uzunmüddətli münaqişə nəticəsində minlərlə ildir ermənilərin Qarabağda yaşadığı torpaqlarını saxlaması üçün hər şeyi edim”. Yəni başqa sözlə desək, Vardanyan nəyin bahasına olursa-olsun separatçı rejimin nəzarətində olan ərazilər üzərində Azərbaycanın hüququnun təmin olunmasına imkan verməyəcəyini bəyan etmişdi. Təbii ki, Rusiyanın köməyi olmadan Vardanyanın belə bir missiyanı həyata keçirə biləcəyini düşünmək belə mümkün deyil. Odur ki, Vardanyan da məhz Rusiyanın maraqlarını təmin etmək üçün ona verilmiş tapşırıqların icrası ilə məşğuldur.

Görünən odur ki, ayrı-ayrı Qərb ölkələri ilə də biznes əlaqələri olan Vardanyanın Qərb dairələrində də sıcaq qarşılanacağını bilən Rusiya onun vasitəsilə Rusiya və Qərbin Qarabağla bağlı maraqlarını uzlaşdırmaq niyyətindədir. Burada isə ən vacib məsələ Rusiya sülhməramlılarına beynəlxalq mandatın verilməsidir. Rusiya düşünür ki, belə bir mandat ona indi müvəqqəti olaraq yerləşdiyi ərazilərdə uzun müddət qalmaq imkanı tanıyacaq. İndiki halda isə onların hər hansı bir mandatı yoxdur və Azərbaycan ərazilərində müvəqqəti yerləşmələri ilə bağlı məsələ hətta Azərbaycan Respublikası Qanunverici orqanında belə təsdiqlənməyib. Yəni başqa sözlə desək, sülhməramlı adlanan Rusiya kontingentinin Azərbaycan ərazilərindən çıxarılması tələbini istənilən vaxt irəli sürmək olar. Ən pis halda onların ərazilərimizdə qalması 10 noyabr üçtərəfli bəyanatında göstərildiyi müddətdə bitəcək.

Rusiya sülhməramlılarının davranışları, erməni separatçılarını dəstəkləyən hərəkətləri, Laçın dəhlizindən silah və texnika daşınması üçün istifadə etdikləri, eləcə də Rusiyanın rəsmi dairələrinin Azərbaycan tərəfinin etirazlarına baxmayaraq hələ də ərazilərimizin adlarını erməni mənbələri əsasında yazması, ərazilərimizdə özbaşına kilsə tikməsi, Rusiya icması, Rusiya mərkəzi açması onu göstərir ki, onların ərazilərimizdə qalma müddəti heç bir şəkildə uzadılmayacaq. Bütün bunları Rusiya da başa düşdüyü üçün indi bütün vasitələrdən istifadə edərək özünün Azərbaycan ərazilərində qalmasını rəsmiləşdirmək istəyir. İlk olaraq bunu Paşinyanın dili ilə gündəmə gətirərək rus hərbi kontingentinin ərazilərimizdə qalma müddətinin 15-20 il müddətinə uzadılması haqqında qərar verilməsinə çalışdı. Lakin Azərbaycan tərəfinin məsələyə müsbət baxmadığını gördüyü üçün indi Vardanyan vasitəsilə yeni oyuna başlayıb. Və bu oyunda artıq özünə tərəfdar da tapıb. Bu Fransadır. Bir neçə müddətdir ki, mülki missiya səviyyəsində Qarabağda fəaliyyət göstərmək istədiyini bəyan edən Fransanın Rusiya ilə gizli danışıqlar apardığı haqqında məlumatlar var. Başqa sözlə, plan ondan ibarətdir ki, Fransanın köməyi ilə Rusiya beynəlxalq mandat alır və Fransa ilə birlikdə Qarabağda sülhməramlı missiya icra edir.

Təbii ki, kimin hansı plan qurmasından asılı olmayaraq Azərbaycan tərəfi buna heç bir halda imkan verməyəcək. Bununla bağlı beynəlxaq təzyiq olsa belə, Azərbaycanın buna imkan verməsi mümkün deyil. Çünki belə bir şeyin baş verməsi separatçı rejimin daimi olaraq mövcud olmasına icazə vermək demək olar. Odur ki, həm Rusiyanın, həm də Fransanın oyunlarını pozmaq üçün qəti və konkret addımların atılması şərtdir. Bunun üçün ilk növbədə separatçı rejimin rəhbərlərindən biri olaraq Vardanyan haqqında cinayət işi açılması və onun beynəlxaq axtarışa verilməsi təmin edilməlidir. İkincisi, Rusiyaya Azərbaycan ərazilərində və Azərbaycan qanunları əsasənda fəaliyyət göstərməli olduqlarını xatırlatmaq üçün Laçın dəhlizi birtərəfli qaydada bağlanmalıdır. Yəni ancaq çıxışa icazə verilməlidir. Paralel şəkildə beynəlxalq təşkilatlarla işlər sürətlənməli və Rusiyanın Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsini istəməyən dövlətlərin dəstəyini almaq və onların Ermənistana təzyiq göstərməsini təmin etmək üçün konkret fəaliyyət həyata keçirilməlidir”. //Yeni Müsavat

Bənzər yazılar

Back to top button