Top.Mail.Ru

bannerSİYASƏT

İran İsraili vurmağa hazırlaşır – ŞOK AÇIQLAMA

İsrail ordusu İranın raket və ya pilotsuz uçuş aparatları vasitələri ilə hücuma hazırlaşdığını iddia edib.

KAİM.az Publika.az-a istinadən xəbər verir ki, İsrail İctimai Yayım Korporasiyasının məlumatına görə, İsrail ordusu İran milislərinin hücum etmək üçün Yəməndə və ya İraqda yerləşdirilməsi ehtimalını irəli sürüb.

Məlumatda İranın başqa bir ölkə vasitəsilə İsrailə zərər verməyə çalışacağı və bu ölkələrin İraq və ya Yəmən ola biləcəyi iddia edilib.

Loading...
Yazının davamı reklamdan sonra

İsrailin Baş Qərargah rəisi Aviv Koçavi nüvə alimi Möhsün Fəxrizadənin ölümündə ölkəsini məsul tutan İrana 22 dekabrda xəbərdarlıq etmişdi. O, “İran və onun radikal tərəfdaşları İsrailə qarşı hər hansı addım atsalar, bu, onlara çox baha başa gələcək”, – deyə qeyd etmişdi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button