Top.Mail.Ru
SİYASƏT

Ermənilər Makronun göstərişi əsasında CİDDİ HAZIRLAŞIR – Bakıdan KRİTİK MÜDAXİLƏ

Son illər Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. 

Yanvarın 15-16-da Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri rəsmi Bakı üçün bir neçə məsələ baxımından olduqca önəm kəsb edir. 

⚫️ Məlumdur ki, bu günə qədər iki ölkə arasında iqtisadi, ticari, investisiya, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair 30-dan çox sənəd imzalanıb. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərə strateji əhəmiyyət qazandıran əməkdaşlıq əlaqələrində enerji mühüm yer tutur.

2022-ci ilin yanvarından oktyabr ayınadək ikitərəfli on aylıq dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 90 milyon dollardan çox təşkil edib. Tərəflər eyni zamanda ikitərəfli əlaqələrin gərginləşdirilməsi üçün Dubayda Azərbaycanın ticarət evlərinin yaradılması barədə razılığa gəliblər və 2017-ci ildən fəaliyyət göstərir, 2019-cu ildən isə Fars körfəzi ölkələrində Azərbaycan məhsullarının satışını təşkil etməyi hədəfləyən Azərbaycan Ticarət Palatası fəaliyyətini davam etdirir.

Ötən müddət ərzində Azərbaycan BƏƏ-yə 513 milyon dollar sərmayə qoyub. Eyni zamanda, Əmirliklərin Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 2,2 milyard dollar təşkil edir və mühüm enerji layihələrinin icrası ilə əlaqədar bu yatırımın həcmi artmaqda davam edir. Hazırda Azərbaycanda fəaliyyət göstərən 233 BƏƏ investisiya şirkəti var ki, bu da olduqca böyük rəqəmdir.

Prezident İlham Əliyevin tədbirdə çıxışı zamanı ən diqqətçəkən məqamlardan biri Azərbaycanın istehsal etdiyi enerjini siyasi maraqları üşün istifadə etmədiyi ilə bağlı fikirlərini qeyd etmək olar:

“Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”.

Dövlət başçısının həmin tədbirdə iştirakı və xüsusilə də bu çıxışı eyni zamanda Azərbaycanın iri qaz-enerji ölkəsi olduğu ilə bağlı ehtiyyatlarını və etibarlı tərəfdaş olduğunu bütün dünyaya nümayiş etdirərək bazarını daha genişləndirmək, alıcılarının sayını artırmaq adına olduqca önəmli addım idi.

⚫️ Lakin şübhəsiz ki, İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə sözügedən səfəri iqtisadi əməkdaşlıqla yanaşı, ilin-günün bu vaxtında iki ölkə arasındakı diplomatik əlaqələri daha da gücləndirmək adına olduqca əhəmiyyətli və gələcəyə hesablanmış bir addımdır.

Biraz keçmişə nəzərə salaq görərik ki, ərəb dövlətləri mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə ediblər. Biz bunu 2014-cü ildə Ər-Riyadda keçirilmiş birinci “Ərəb Dövlətləri Liqası – Orta Asiya – Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumu”nun yekunu olaraq qəbul edilmiş Bəyannamədən də bilirik. Belə ki, sözügedən Bəyannamə ilə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanmışdı. Burada da təbii ki, BMT TŞ-nin Azərbaycan ordusunun 27 il sonra özünün icra etdiyi 4 həlledilməmiş qətnamələrindən söhbət gedirdi ki, orada Ermənistanın dərhal Azərbaycanın suveren ərazilərini tərk etməsi, ordusunu oradan çıxarması məsələləri nəzərdə tutulurdu.

Xüsusilə də qeyd etmək olar ki, BMT Təhlükəsizlik Şurasında Fransanın və Ermənistanın baş rolda iştirak etdiyi Azərbaycana qarşı baş tutmayan qətnamə cəhdi fonunda bu səfərin əhəmiyyəti çox yüksək idi. Çünki Ermənistanın və onun “bacısı” olduğunu elan edən Fransanın BMT TŞ-də Laçın yolundakı aksiyaya görə Bakıya qarşı qəbul etdirmək istədiyi qətnaməyə qarşı çıxan ölkələrdən biri məhz BƏƏ idi.

Nəzərə alsaq ki, Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Əmirliklərin bu səlahiyyəti 2023-cü ilin sonunda başa çatır, həmin müddətə qədər Əbu-Dabi həlledici söz haqqına sahibdir, demək ki, Bakı bu əlaqələri gücləndirmək adına bu səfərə olduqca böyük yer verir.

Əliyev bu qərarla demək olar ki, prosesləri bir qədər qabaqlamağı da bacarmış oldu. Yaxşı bilirik ki, Paris Fransa parlamentinin sədri Yael Braun-Pivetin vasisəti ilə Bakıya qarşı “dəyənək və kökə” üsulundan istifadə etmək qərarına gəlib (Fransalı spiker səfərə gəldiyi İrəvanda açıq şəkildə bəyan etdi ki, “Fransa Qarabağın müstəqilliyini tanımır və bu, bizim sadiq olduğumuz beynəlxalq hüquq normalarına uyğundur. Mümkün sülhə və dialoqa aparan yol tükənmədikcə, bununla bağlı hər şeyi sınamamışıqsa, başqa tədbirləri (Azərbaycana qarşı sanksiyaları) tətbiq etmək yersizdir. Fransa beynəlxalq hüquqa uyğun olaraq “Dağlıq Qarabağın müstəqilliyi”ni tanımır”). Fransa Laçın-Xankəndi yolunda artıq 37 gündür davam edən aksiyanı yatırmaq, qarşısını almaq üçün Azərbaycana müxtəlif formalarda təzyiq etsə də mane ola bilməyincə anladı ki, Bakı ilə təzyiq, hədə-qorxu dilində danışmaq yersizdir, çünki heç bir effekt verməyəcək. O səbəbdən də indi Fransa Bakının üzünə gülərək ona “pambıqla baş kəsmək” prosesini icra etmək iştahına düşüb kimi görünür.

Ermənistanın sülhə mane olmaq, onu əngəlləmək, bu istiqamətdə Bakının cəhdlərini bloklayıcı təxribatlara əl atacağı təqdirdə İrəvan qədər Paris də yaxşı bilir ki, Azərbaycanın cavabı daha gecikməyəcək. Elə bu baş verəcəyi ilk dəqiqələrdəncə Fransanın BMT Təhlükəsizlik Şurasında Bakıya qarşı cəbhə açmaq istəyəcəyi, yenidən cəhdlər edəcəyi istisna edilmir. Bu proqnozlardan yola çıxsaq, TŞ-də hər bir səsin Bakı üçün nə qədər önəml olduğunu biz istər 44 günlük müharibənin gedişi zamanı, istərsə də elə son hadisələr zamanı aydın gördük. BƏƏ də Azərbaycan üçün sözügedən qurumda belə ölkələrdən hesab edilir ki, onun Bakı leyhinə verəcəyi qərar Fransa-Ermənistan cütlüyünün növbəti məkirli niyyətinin qarşısında keçilməz səddə çevrilə bilər.

Nəzərə alsaq ki, BƏƏ-nin BMT TŞ-yə sədrlik etmək növbəsi (qaydalara görə daimi və qeyri-daimi üzvlərin hər biri il ərzində bir ay müddətində TŞ-yə sədrlik edir) bu ilin iyun ayındadır, o zaman Bakı bu məsələdə də çox ağıllı davranaraq, düzgün qərarla düzgün zaman seçdiyi ilə bağlı əminlik yaranır.

İlham Əliyevin 2023-cü ilin ilk günlərindəcə (10 yanvar) yerli telekanallara müsahibəsi zamanı “Bu il Ermənistan üçün son şansdır” ifadəsi həm Ermənistan, həm separatçılar, həm də onun havadarlarına verilən ən böyük xəbərdarlıqdır. Dövlət başçısı yaxşı bilir ki, Ermənistana sülh üçün verilən bu müddət qarşı tərəfin təxribatlarının daha da intensivləşməsi, danışıqlardan yayınmaq, bölgədə gərginlik yaratmaq məqsədilə manipulyasiyaların xeyli artması ilə müşahidə olunacaq.

Belə olacağı halda isə, mümkündür ki, Azərbaycan Qarabağda və sərhəddə növbəti praktiki addımlar atsın. Güman etmək olar ki, bu proses elə məhz BƏƏ-nin BMT TŞ-yə sədrlik edəcəyi (iyun ayında) zamanda gerçəkləşsin.

Bu da Fransanın və onun yaratdığı ermənipərəst koalisiyanın BMT TŞ üzərindən Azərbaycana qarşı beynəlxalq təzyiq dalğası yaratmaq üçün daha da aktiv fəaliyyət göstərməsi ilə nəticələnəcək ki, bunda zərrə qədər də şübhə yeri yoxdur.

Məhz İlham Əliyevin BƏƏ-yə səfərinin digər əsas tərəfi də bu ölkənin Bakıya diplomatik dəstəyini möhkəmləndirmək, mümkün addımlar zamanı beynəlxalq müstəvidə proseslərin inkişafını Azərbaycanın lehinə dəyişdirmək üçün öncədən zəmin hazırlamaq məqsədi güdür.

Bunu eyni zamanda Paris və İrəvanın ehtimal təxribatlarının qarşısını almaq üçün tədbirlər görmək barədə düşünən İlham Əliyevin həm də Ermənistan əleyhinə beynəlxalq təzyiq yaratmaq addımı kimi də başa düşmək olar. //Milli.Az

Bənzər yazılar

Back to top button