Bölgədə yeni ittifaq – HƏR ŞEY DƏYİŞƏCƏK… İran Türkiyə ilə birləşir

“Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında məsələ ilə bağlı müzakirələr aparılıb. İclasda hər iki ölkə PKK/PJAK-a qarşı birgə əməliyyat keçirməklə bağlı razılıq əldə ediblər”.
Siyasi ekspert Vüqar Zifəroğlu iki ölkə arasında əldə olunan razılığı Redaktor.az-a şərh edib. O, İranın Türkiyə ilə razılığının arxasında bir neçə məqamın dayandığını bildirib:
“Birincisi, bölücü terror qruplaşmaları bölgənin ən başlıca problemlərindən biridir. Zamanında İran və bir sıra ölkələr bu cür terror qruplaşmalarının həm yaradılması, həm də fəaliyyəti üçün kiayyət qədər dəstək verirdilər. Bu dəstəyin isə əsas səbəbi gələcəkdə Türkiyəyə qarşı istifadə edilməsi idi. Amma indiki zamanda istər Suriyada, istərsə də İraqda baş verən proseslər həmin ölkələrin daha adekvat addımlar atmasını şərtləndirir. Məsələn, Suriyanın vaxtı ilə dəstək verdiyi bölücü terror qruplaşmaları son hadisələrdə rejimin əleyhinə fəaliyyət göstərdi. İndi də İranın vaxtı ilə dəstəklədiyi terror qruplaşmaları özünə qarşı yönəlib. Yayılan məlumatlara görə, son 1 ayda PKK-nın İran ərazisində hücumları artıb.
Bu baxımdan düşünmək olar ki, İran, daxilində terror qruplaşmalarının faliyyəti üçün meydan olmasın deyə, Türkiyə ilə müvvəqəti də olsa, belə bir əməkdaşlığa razı olub.
İkincisi, həmin terror qruplaşmaları faktiki olaraq Qərbin dəstəklədiyi qüvvələr şəklində çıxış edirlər. Hətta, Türkiyə ilə ABŞ arasında bu, müəyyən polimikalara da səbəb olmuşdu. İndi İran gələcəkdə həmin qruplaşmaların onun əleyhinə istifadə ediləcəyini bildiyi üçün Türkiyə ilə terrora qarşı mübariədə birlikdə mübarizəyə getdi. İran gələcəkdə Suriyadakı vəziyyətlə üzləşməsin deyə artıq qabaqlayıcı addımlar atmaq niyyətindədir. Məhz Türkiyədən başqa alternativ olmadığı üçün terrora qarşı rəsmi Ankara ilə birgə hərəkət etməyə qərar verib”.
Üçüncüsü, bölgədə baş verən prosseslər, Türkiyənin mövqeylərinin gücləndirliməsi, İranı rəsmi Ankara ilə daha da yaxınlaşmağa vadar elədi. uriya və Liviyada baş verən proseslər onu sübut etdi ki, Türkiyə bölgənin ən vacib və önəmli amilidir. Bu mənada İran müəyyən mənada Türkiyə ilə ortaq nöqtələri tapıb, rrəsmi Ankara ilə bəzi sahələrdə iş birliyi qurmaq fikirindədir”.
Mahir Xəttab \ Redaktor.az