SİYASƏT
Çavuşoğlu AÇIQLADI : “Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirləri İslamabadda GÖRÜŞƏCƏK”-DETALLAR

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu 13-14 yanvar tarixlərində Pakistana rəsmi səfər edəcək.
KAİM.az xəbər verir ki, Xarici işlər naziri Mövlud Çavuşoğlunun Pakistan səfərində aparacağı danışıqlarda ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək və regional, beynəlxalq məsələlər müzakirə olunacaq.
Çavuşoğlu, ziyarətində, Karaçidəki Türkiyə Baş Konsulluğunun yeni binasının rəsmi açılışını da reallaşdıracaq.
Qeyd edək ki, səfər zamanı Türkiyə-Azərbaycan-Pakistan Xarici İşlər Nazirlərinin üçlü görüşüdə planlaşdırılır.