Top.Mail.Ru
SİYASƏT

Tehran Moskvanı HƏDƏLƏYİR: Sülhməramlıların tərkibində təmsil olunmaq istəyir

Tehran iddia edir ki, Azərbaycan ordusu nəzarət zonasını genişləndirərək İran üçün strateji Zəngəzur keçidini nəzarətə götürməyə doğru getsə də, Rusiya sülhməramlı qüvvələri buna biganədir. Abdullahian Rusiya tərəfini məlumatlandırıb ki, İran ordusunun rəhbərliyi hələ çox gec olmadan ölkəsinin hərbi müdaxiləsinin zəruriliyini siyasi rəhbərliyə tövsiyə edir və Rusiya laqeyd mövqeyində davam etsə, siyasi rəhbərlik ordunun məsləhəti ilə hərəkət edəcək.

Lavrov İranı Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsinə dəvət edib, çünki Ermənistanın sərhədləri bu müqavilə ilə qorunur. Abdullahian təklifi rədd edərək bildirib ki, İran konstitusiyası hər hansı hərbi alyansa qoşulmanı qadağan edir. Maraqlıdır ki, İran tərəfindən fərqli olaraq Rusiya mediasında görüş haqda daha çox poztiv məqamlar qabardılıb, iki ölkə arasında strateji tərəfdaşlıq perspektivindən bəhs edilib.

Bununla paralel, İran ABŞ-la münasibətləri düzəltmək üçün Oman vasitəsilə təşəbbüslərini genişləndirməklə yanaşı, birbaşa təmaslara da can atır. Bir müddət əvvəl Suriyanın şərqində bazada bir amerikalı müqaviləli əsgər öldürüldükdən sonra cavab nəticəsində Tehran və Dəməşqin müttəfiqləri olan 20-yə yaxın silahlı öldürülüb. İndi İran, ABŞ qüvvələrinin təhlükəsizliyinə zəmanət təklif edir. Mənbə iddia edib ki, Tehran iki ölkə arasında, xüsusən də Suriyada təcavüzün dayandırılması üçün qarşılıqlı anlaşmaya çağıran Amerika mesajı alıb.

Bu təşəbbüslər Suriya-İran-Türkiyə-Rusiya görüşü keçirilməsinin qarşısını almağa çalışan Vaşinqton üçün cəlbedici ola bilər. İkinci səbəb beynəlxalq məhkəmənin İraq Kürdüstanından neft nəql edən Kərkük-Ceyhan kəmərinə görə Türkiyəyə iddia qaldıran İraq hökumətinin xeyrinə qərar verməsidir. Bağdad və Dəməşq Tehranın dəstəyi ilə amerikalıları Suriya neftini oğurlamaqda ittiham edərək, onlara qarşı oxşar beynəlxalq məhkəmələr açmaq niyyətindədir. Mənbə Azərbaycanı, Suriyada gərginliyin artdığı vaxt Tehran və İrəvan arasında həyati əhəmiyyət kəsb edən quru dəhlizini kəsmək cəhdində ittiham edib. İran ali hakimiyyətində mənbə hesab edir ki, hər iki cəbhədə koordinasiyalı Amerika əməliyyatı var və Bakı ABŞ-ın təhrikilə addım atır.

Ötən ilin sonları Tehran nəşrlərinin birində “Qurbağa Əbu Ətta oxuyur” başlıqlı bir yazı dərc olunmuşdu. O frazeologizmin dilimizdəki qarşılığı “qudurasan qurbağa…”dır. İranın xaricdə saxladığı proksi medianın monitorinqi indi bu ifadənin rəsmi Tehranın davranışlarını xarakterizə etmək üçün çox yerinə düşdüyünü göstərir. Həmin materiallardan belə çıxır ki, ABŞ-la yumşalma olarsa və Çinlə əlaqələr genişlənərsə, Tehran, Rusiyadan imtina etməyə hazırdır. Belə inkişaf Azərbaycan üçün də müəyyən müsbət, eyni zamanda mənfi perspektiv açır.

Müsbət perspektiv: Rusiya ilə ən sıx təmasda olan İrandaxili qüvvənin –SEPAH-ın (indiki real və Rəisinin timsalında nominal hakimiyyət) əsas xarici tərəfdaşının Rusiya olması bəllidir. Ali Təhlükəsizlik Şurası katibi Əli Şamxaninin xarici siyasətdə qabardılması, onun Rusiyadan daha çox Çinlə açıq, ABŞ-la gizli təmasları SEPAH-ın tədricən sıxışdırlması da demək olacaq. Azərbaycanla əsas ziddiyyət yaradan qüvvənin sıxışdırlması İranla gərginlyin azaldılmasına kömək edə bilər.

Eləcə də Azərbaycan prezidentinin xarici siyasət kursunda daim Çinə xüsusi diqqət yetirməsi, onun regionda güclənməsi bizim üçün təhlükə deyil, fürsətə çevrilməsini şərtləndirir.

Tehranın körfəz ölkələri və Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrində bərpa, Çinlə yaxınlaşma baş versə də, Rusiya və ABŞ-la münasibətlərdən arxayınlıq hiss olunmur. Əksinə, Zəngəzur dəhlizinin reallaşması perspekvtivinin artmasına görə hər iki ölkəni ittiham edir.

Mənfi perspektiv: Bununla yanaşı Rusiyanın İranın regionda sərbəst fəaliyyətini cəzalandırmaq üçün Qarabağda situasiyanı gəriginləşdirə biləcəyi ehtimalı nəzərə alınmalıdır. Yada salaq ki, I Qarabağ müharibəsinin ilk dövrü -1992-ci ilin mayında Tehranın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vasitəçilik təşəbbüsü acı nəticələrə gətirib çıxarmışdı (Şuşa və Laçının işğalı).

İndiki situasiyanı gərginliyi həm də ondadır ki, İran Moskvaya boylanmadan vasitəçi olmaq həvəsinə düşəcək qədər cəsarətlənib. İndiyədək yalnız Moskvanın əsas vasitəçi kimi qalmaq, digərlərini regiona buraxmamaq üçün atdığı addımlardan danışırdıqsa, indi İran da Rusiya ilə eyni səviyyədə rola iddialıdır.

Bənzər yazılar

Back to top button