Top.Mail.Ru

bannerSİYASƏT

“Ayın sonuna qədər bu müsəlman ölkəsinə…” -Hulusi Akar şok hərbi əməliyyatın anonsunu verdi

“Türkiyə müdafiə naziri Hulusi Akarın Bağdad və Ərbil səfərləri zamanı verdiyi mesajlardan Şimali İraqdakı PKK hədəflərinə qarşı təsirli bir əməliyyat üçün şəraitin əlverişli olduğunu göstərir”.

KAİM.az xəbər verir ki, bunu türk siyasi ekspert Mehmet Acet deyib.

Ekspert bölgədə keçiriləcək irimiqyaslı hərbi əməliyyatların dəqiq tarixinin məlum olmadığını bildirib:

Loading...
Yazının davamı reklamdan sonra

“Tarixlə bağlı heç bir açıqlama verilməyib və bu açıqlamanın veriləcəyini gözləməməliyik. Lakin Akarın hərbi terminologiyada mühüm yer tutan “cəmrələrin düşməsi” sözünü xatırlamaq faydalı ola bilər. Anadoluda bu, baharın ilk müjdəsi kimi qəbul edilir. Bu hadisə isə Anadoluda yanvarın sonlarından başlayır.

 

Afrini xatırlatmaq istərdim ki, “Zeytun Budağı” əməliyyatı üç il əvvəl yanvarın 20-də başlamışdı. Suriyada olduğu kimi İraqdakı əməliyyat da hərbi uğur üçün ciddi bir üstünlük təmin edir. Digər tərəfdən, Kürd Regional Rəhbərliyinin son vaxtlar PKK ilə münasibətdə olması faktı əməliyyata yol açan amillər arasında da qəbul edilə bilər”.

Hulusi Akar dünən İraqa səfəri zamanı bildirib ki, qarşıdakı dönəmdə Türkiyə-İraq, Türkiyə-Ərbil əməkdaşlığı terrorizmlə mübarizədə çox önəmli gəlişmələrə səbəb olacaq.

teleqraf.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button