Top.Mail.Ru
bannerSİYASƏT

Ramiz Mehdiyevin “gecə” bəyanatı onu SUDAN QURU ÇIXARDA BİLƏCƏK Mİ?-ANALİZ

AMEA prezidenti Ramiz Mehdiyev axşam saatlarında rəhbərlik etdiyi qurumun Mətbuat və İnformasiya şöbəsi vasitəsi ilə açıqlama yayıb. Cənab Ənvəroviç yenə də ənənəsinə sadiq qalaraq, onun haqqında informasiya yayan mətbu orqanları qeyri-peşəkarlıqda, mənəvi eybəcərlikdə ittiham edib. O, jurnalistlərin məsuliyyətsiz olduğunu deyir və onlar yalançılıqda günahlandırır. Daha sonra, Ramiz Ənvəroviç 49 il dövlətçiliyə xidmət etdiyini, ata və oğul Əliyevlərə sadiq olduğunu və ölkənin ən ali mükafatı Heydər Əliyev ordeni ilə təltif olunduğunu deyir.

Cənab Mehdiyevin vurğuladığı 49 illik dövlətçiliyə (?) sədaqət dövrü əsasən elə dövlətin əsaslarının baltalamasına, saxta seçkilərin altyapısını hazırlamağa, korrupsiyanı Azərbaycan dövlətçiliyinin başına bəla etməsinə həsr olunub. Doğrudur, azərbaycanlılar hakimiyyətin bərbad media siyasətini tənqid edərkən, daha çox Əli Həsənovu günahlandırır. Lakin, bu, heç də belə deyil. Son illərə qədər Azərbaycan media məkanını savadsız, mənəviyyatsız və iyrənc əqidə alverçiləri ilə dolduran elə Ramiz Mehdiyevin özüdür. Ramiz Ənvəroviçin icazəsi olmadan Əli Həsənov addım belə ata bilməzdi. Ona görə də Ramiz Mehdiyevin həyasızcasına dediyi “49 il dövlətçiliyə xidmət etmişəm” tezisi kökündən yanlışdır. Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı 5-ci kolonunun qeyri-rəsmi kuratorudur.

Ramiz Mehdiyev niyə axşam-axşam əsəbləşdi?

Əvvəla qeyd edim ki, cənab Ənvəroviçin gecə yarısı açıqlama yaymasının ən başlıca səbəbi “Baku Steel Company”-MMC-nin rəhbəri məşhur oliqarx Rasim Məmmədovun həbsidir. İllərdir, Azərbaycan mediasında Rasim Məmmədov adlı oliqarxın arxasındakı əsas fiqurun Ramiz Mehdiyevin olduğu yazılır. Azərbaycan balaca ölkədir və bu ölkədə cəmiyyətdən çox şeyi gizlətmək mümkün olsada, hər şeyi gizlətmək olmur. Məsələ ondadır ki, Rasim Məmmədov akademikin oğlu Timur Mehdiyev və kürəkəni, keçmiş deputat İlham Əliyevin şikayəti əsasında həbs olunub. Rasim Məmmədova qarşı müxtəlif yollarla 55 milyon manatdan artıq vəsaiti mənimsəməsi haqqında iddialar var. Sual oluna bilər ki, Ramiz Mehdiyev niyə öz adamını tutdurmaq istəsin?

Çox sadə; “Baku Steel Company”-MMC işində ciddi cinayət tərkibi var və bu iş birbaşa Ramiz Mehdiyevə doğru gedəcək. Yəni, kariyerist kommunist Ramiz Mehdiyev də prosesin hara gedəcəyini, hətta onun həbsi ilə nəticələnəcəyini bildiyi üçün Rasim Məmmədovu elə beşiyində boğur. Ramiz Mehdiyev əmindir ki, hüquq mühafizə orqanlarında onun vaxtı ilə mühüm vəzifələrə təyin etdiyi şəxslər var. Və bu “şəxslər” prosesi Rasim Məmmədovla bitirəcəklər. Ənvəroviçin bürokratik aparatda yerləşdirdiyi adamları bir yol tapıb onu cinayət məsuliyyətindən azad edə biləcəklərmi? Bu, ayrı müzakirə mövzusudur. 49 ildir “sədaqət” adı altında Azərbaycanı dünyada rəzil edən, bütün beynəlxalq hesabatlarda ölkəni biabır edən biri hər şey edə bilər.

Yeri gəlmişkən, hakimiyyət mediasının “dövlət çevrilişi” şousunun qarşısını almaq üçün də Ramiz Mehdiyev bəzi addımları ata bilər. Necə deyərlər, xain xoflu olur. Cənab Ənvəroviç başqa oliqarxların da torbasını tikə bilər. Bununla da göstərə bilər ki, mənim dövlət çevrilişi etmək planım yoxdur və mən Əliyev hakimiyyətinə sadiqəm. Düzdür, hakimiyyət hələ də birbaşa olaraq Mehdiyevi günahlandırmır. Lakin, diqqətlə təhlil edəndə görürsən ki, Mehdiyev üçün çəmbər yavaş-yavaş daralır. Hələ ki, Vahid Əhmədov, Sərdar Cəlaloğlu kimi siyasətçilər dövlət çevrilişi sözlərini istifadə edir və ittihamları dolayısıyla Mehdiyevə yönəldirlər. Mehdiyev bu ittihamlara susacaqmı? Xeyr, Mehdiyevin rezervdə hələ çox kompramatları və preventiv zərbələri ola bilər. Hakimiyyət də bunu çox gözəl anlayır.

Siyasi şərhçi Kamal ƏLİYEV

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button