SİYASƏT
Lavrovla Con Kerri arasında telefon danışığı OLDU-TƏRƏFLƏRİN SAZİŞ MÜZAKİRƏSİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ tərəfinin təşəbbüsü ilə Co Baydenin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri ilə telefon danışığı baş tutub.
KAİM.az xəbər verir ki, tərəflər Paris İqlim Sazişini müzakirə ediblər.
S. Lavrov ABŞ-ın yeni rəhbərliyinin uzunmüddətli iqlim tənzimlənməsi üçün möhkəm beynəlxalq hüquqi zəmin yaradan razılaşmaya qayıtmaq niyyətini məmnuniyyətlə qarşıladığını bildirib.
Tərəflər bütün ölkələrin maraqları nəzərə alınmaqla, iqlim məsələlərində geniş beynəlxalq əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıblar.
KAİM.az