Top.Mail.Ru
SİYASƏT

Hulusi Akardan Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün Quru Qüvvələri Hərb Məktəbinə girişinin 122-ci ili mərasimində iştirak edib.

KAİM.az-ın xəbərinə görə, mərasimdə çıxış edən Akar bildirib ki, Türkiyə Silahlı Qüvvələri qardaş ölkələrə dəstəyini əsirgəməyib:

“Türkiyə Silahlı Qüvvələri ölkəmizin və nəcib millətimizin hüquqlarını, o cümlədən digər dost və qardaş ölkələrin mənafelərini qorumaqla yanaşı Azərbaycanın haqlı mübarizəsində yanında olub”.

Akar məktəbdə təhsil alan tələbələrə xitabən deyib ki, bu mübarizələr davam edəcək və onu siz davam etdirəcəksiniz:

“Ölkəmiz, millətimiz, Silahlı Qüvvələrimiz sizdən xidmət gözləyir. Bu ciddiyyət və səmimiyyətlə fəaliyyətinizin davamını diləyirəm”.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button