Top.Mail.Ru
bannerSİYASƏT

Ermənistandan Türkiyəyə qarşı DAHA BİR ADDIM – 6 aydan SONRA…

Türk mallarının idxalına qoyulan qadağanın 6 ay daha uzadılması məsələsi hazırda müzakirə olunur.

KAİM.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat nazirinin müavini Avak Avanesyan bildirib.

Embarqonun ölkə iqtisadiyyatına təsirindən danışan nazir müavini deyib ki, bu qadağanın tətbiqi ilə alternativ yerli məhsulların istehsalına maraq artıb. Qadağa nəticəsində iqtisadiyyata dəyən ziyana gəlincə, nazir müavini vurğulayıb ki, bu addımın fəlakətli nəticələri də hiss olunmasa da, hazırda bunu müəyyənləşdirmək çətindir: “Koronavirusun iqtisadiyyata verdiyi zərər o qədər böyükdür ki, bütün digər mənfi hadisələri özünün kölgəsində qoyur. Buna baxmayaraq, demək istəyirəm ki, qadağan olunmuş bütün türk mallarına alternativ məhsulları istehsal və ya digər ölkələrdən idxal etmək potensialımız var”.

mənbə: KONKRET.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button