Top.Mail.Ru
SİYASƏT

DİQQƏT! Putinin “ölüm siyahısı”ndakı ADLAR – SENSASİON İDDİA

İngiltərə mediası Rusiya lideri Vladimir Putinlə bağlı diqqətçəkən iddia ortaya atıb.

KAİM.az xəbər verir ki, “Daily Mail” Putinin İngiltərədə yaşayan 6 şəxs haqda “ölüm siyahısı” hazırladığını yazıb.

Kimliyinin gizli saxlanılması şərtilə nəşrə danışan bir rusiyalı casus Putinin siyasi rəqiblərinə öz gücünü isbat etmək üçün bu metoda əl atdığını bildirib.

Rusya Federal Təhlükəsizlik Xidmətində (FSB) işlədiyi iddia olunan casus siyahıda ingilis kəşfiyyatının (MI6) keçmiş əməkdaşı Kristofer Stilin yer aldığını deyib.

Casus Rusiyanın hərbi dəniz qüvvələri kəşfiyyatına (SVR) iş adamı Mixail Xodorkovskini öldürmək təlimatı verildiyini iddia edib.

Siyahıda Vladimir Aşurkov, Yevgeni Çiçvarkin və Boris Karpiçkovun adlarının olduğu da bildirilib.

İngiltərə Baş naziri Boris Conson ötən həftə verdiyi açıqlamada Rusiyanı ölkəsinin “bir nömrəli düşmən”i adlandırmışdı. / Teleqraf.com

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button