Top.Mail.Ru
SİYASƏT

İLGİNC: Azərbaycan apreldə baş tutacaq görüşdə Ermənistandan nələri TƏLƏB EDƏCƏK? – AÇIQLAMA

Aprel ayının 2-də Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü baş tutacaq. Rusiyada baş tutacaq görüşdə kommunikasiyaların açılması müzakirə ediləcək.

KAİM.az xəbər verir ki, bu barədə KONKRET.az-a fikirlərini bölüşən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərabaycan görüşə konkret təkliflərlə qatılmalıdır: “Birinci Ermənistan tərəfi Qarabağa rəsmi şəxslərini göndərməməli, ikincisi Ermənistan rəsmiləri Qarabağ münaqişəsi adından imtina etməli, üçüncüsü silahlı erməni birləşmələri Qarabağda ləğv edilməlidir. Eyni zamanda Ermənistan Qarabağa vəsait ayırmamalı, sülhməramlı qüvvələrinin fəaliyyəti dəqiqləşdirilməlidir. Rusiya tərəfi prosesi əngəlləyir və silahlı erməni birləşmələrinin ərazilərdən çıxarılmasında maraqlı görünmür”.

Bu hal baş verərsə, Azərbaycan Laçın dəhlizini bağlayacağını elan etməlidir”

Politoloqun sözlərinə görə, Ermənisatan tərəfi kommunikasiyaların açılmasında maraqlıdır: “Amma sülhün əldə edilməsi üçün şərtlərin yerinə yetirilməsi mütləqdir. Rusiya isə, sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Ermənistan tərəfi seçkiyə qədər Rusiyanın istəklərini yerinə yetirəcək. Seçkidən sonra isə, Ermənistanda siyasi mənzərə formalaşacaq. Ona görə də, rəsmi Bakı öhdəlikərin yerinə yetirilməsini konkret tələb etməlidir”.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button