Top.Mail.Ru
SİYASƏT

Kərimlinin müşavirinin əlaqələri və ərköyünlüyü…

Siyasi palitramızda rəngarəng, sonu bilinməyən, eyni zamanda mövqe dəyişkənliyindən əndişələnməyən diletantların hadisələrə real olmayan baxışlarını seyr etdikcə, iqtidar-müxalifət qarşıdurmasında üstünlüyə çox vaxt birincilər hakim olur.

Bu yöndə son vaxtlar Ramiz Mehdiyev ətrafında cərəyan edən proseslər çox aktualdır, hətta o dərəcədə ki, onun qılıncının dalı da, qabağı da kəsən vaxtlar belə, müxalifətə, xüsusən Əli Kərimliyə və partiyadaşlarına olan qayğısı, isti münasibəti bütün çılpaqlığı ilə özünü biruzə verir.

Birbaşa mətləbə keçib və Əli Kərimlinin müşaviri Məhəmməd Məcidlinin siyasi fəaliyyətinə nəzər saldıqda, buna əyani şahidlik edirik. Adam həm Kərimlinin müşaviridir, həm də Yaqub Mahmudovun rəhbərlik etdiyi AMEA-nın Tarix İnstitutunun elmi işçisidir. Yaqub Mahmudov eyni zamanda müşavirin elmi rəhbəridir.

Kimsəyə sirr deyil ki, vaxtilə Mahmudovun mandat sahibi olmasına, elmi zirvələri “fəth etməsinə” yaşıl işıq yandıran məhz Ramiz Mehdiyev olub. Həbsindən sonra Məcidlinin Mahmudova sığınması, heç şübhəsiz Kərimli-Mehdiyev anlaşmasının ortaq bağlarından qaynaqlanıb.

Çünki bilməyən yoxdur ki, bu ölkədə müxalifətçiyə elmi rəhbərlik etmək cürəti hələm-hələm adamda olmur. Bu hələ harasıdır… Məcidli din pərdəsi altında elə oyunlardan çıxır ki, bəzən özünü lağ obyektinə çevirənləri də kölgədə qoyur. Sələfilərə olan sevgisiylə işimiz yoxdur, özü bilər, Allahı bilər. Amma FETÖ ilə isti münasibətlərinin olmasını kimsə inkar etməz.

Adam vaxtilə “Zaman” qəzetində işləyən qardaşı Əli Çərkəzoğlu Məcidlinin siyasi baxışlarından fərqlənməyən dünyagörüşə necə yiyələnibsə, fəaliyyətində də bunun konturlarından kənara çıxa bilmir… Məcidlinin fəaliyyəti yuxarıda söylədiklərimizdən göründüyü kimi, çoxşaxəli olsa da, cəmiyyətə özünü əsl müxalifətçi kimi sırıya bilir. Biləsuvardakı qaçqın şəhərciyində məskən salan Məcidli müxalifətçiliyini cəmiyyətə sırımaq üçün məcburi köçkünlərin problemlərini elə qabardır və hay-həşir salır ki..!

Adam məcburi köçkünlərdən istifadə etməklə, mənsub olduğu firqənin canıyananlığını sübut etmək istəsə də, niyyətinin başqa olduğu gün kimi aydındır. Hamı kimin kim olduğunu yaxşı bilir… Əslində AXCP sədrinə müşavirlik edən Məcidlinin “əvəzsiz” fəaliyyətindən, ona güvənənlərin tükənməz “səxavətindən” gen-bol danışa bilərik…Hər şey zamanı gələndə…

Ə. Rüstəmli

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button