Top.Mail.Ru
SİYASƏT

Kanadadan ermənipərəst addım – Türkiyəyə satışı QADAĞAN OLUNDU

Kanada hərbi məhsul və texnologiyalarının Türkiyəyə ixracına dair icazələri ləğv edib.

KAİM.az xəbər verir ki, bu barədə Kanada Xarici işlər naziri Mark Qarno açıqlama verib.

“Türkiyəyə ixrac edilən Kanada texnologiyalarının Dağlıq Qarabağda istifadə olunduğuna dair inandırıcı dəlillərin əldə edilməsindən sonra bu gün 2020-ci ilin payızında dayandırılmış icazələrin ləğv olunduğunu elan edirəm”, – Qarno bildirib.

Qarabağdakı 44 günlük müharibənin əvvəlindən indiyədək ermənipərəst mövqe tutan Kanada bu istiqamətdə ilk addımlarını keçən ilin payızında atmışdı. Kanada hökuməti hərbi məhsulların və texnologiyaların Türkiyəyə ixracına dair icazələri dayandırmışdı. / teleqraf

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button