Top.Mail.Ru
SİYASƏT

Qərb Dağlıq Qarabağın müstəqilliyini tanımağa HAZIRLAŞIR – Fransadan BƏYANAT

“Mən Baydenin soyqırım ifadəsindən istifadə etməsini erməni diasporu ilə deyil, geosiyasi məsələlərlə, daha dəqiq desək Türkiyə və Rusiya faktoru ilə bağlayıram”.

KAİM.az xəbər verir ki, bu fikirləri KONKRET.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov səsləndirib.

O bildirib ki, Qərb Avrasiyanın yeni meqalayihəsi olan Zəngəzur – İstanbul kanalı nəqliyyat qovşağının Rusiya və Türkiyənin nəzarəti altında olması ilə barışmayacaq: “ABŞ Avrasiyanın orta xətt nəqliyyat xəttini Pekin- Moskva – Ankara ilə bölüşmək fikrində deyil. Bayden soyqırım terminini ortaya atmaqla erməni məsələsini aktuallaşdırmağa çalışacaq.

Digər maraqlı xəbər isə Parisdən gəldi. 24 apreldə Fransa senatının spikeri və Avropa işləri üzrə dövlət katibi Qarabağla bağlı qırmızı cizgini keçən bəyanat verdi. Belə ki, Fransanın yüksək dövlət məmurları Dağlıq Qarabağın müstəqilliyinin Fransa hökuməti və bütün Avropa İttifaqı dövlətləri tərəfindən tanıdılması üçün əllərindən gələni edəcəklərini bildirdilər. Azərbaycana olan çağırışlar bəlli olmağa başlayır”.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button