Top.Mail.Ru

SİYASƏT

“Yenə də Ərdoğan” – “Der Spiegel” aran Qarabağın rayonlarını da “DQR”-ə qatıb

“Azərbaycan və Ermənistan arasında döyüşlərin şiddətləndiyi bir zamanda Türkiyə əvvəlllər olmadığı qədər, aşkar surətdə “qardaş dövləti”ni dəstəkləyir. Görəsən, Ərdoğanın məqsədi nədir?”

Musavat.com xəbər verir ki, bu cümlə Almaniyanın “Der Spiegel” jurnalında dərc olunan məqalədə yer alıb.

Məqalənin müəllifi Anna-Sofi Şnayderdir.

Loading...
Yazının davamı reklamdan sonra

Müəllif heç bir əsas olmadan, mənbə, dəlil-sübut göstərmədən Türkiyənin Suriyadakı yerlilərdən ibarət formalaşdırılan “Həmzə” alayını Qarabağa göndərdiyini iddia edib.

“Ankara bundan sonra da yaxın həftələrdə minlərə silahlını Qafqaza yollamaq niyyətindədir. Doğrudur, bu informasiyanı təsdiqləmək olmur. Çünki Azərbaycan belə məlumatları qətiyyətlə təkzib emtəklə yanaşı, Ermənistanı “yalan kampaniya” aparmaqda suçlayır”,-deyə yazıda bildirilir.

“Türkiyə artıq neçə illərdir Azərbaycanla münasibətlərini “Bir millət, iki dövlət” devizi altında qurub. İki ölkə də mədəniyyət sahəsində yaxın olsa da, onları həm də sıx hərbi ittifaq bir-birinə bağlayır. Lakin Ankara əvvəllər bu qədər “qardaş ölkə”yə açıq şəkildə dəstək verməmişdi”,-deyə məqalədə qeyd olunub.

“Türkiyənin yeni rolunu hələ bu ilin iyul ayından müşahidə etmək olar. Türkiyə ilk dəfədir bu dərəcədə aşkar surətdə Azərbaycanın yanında yer alıb. Rəsmi Ankaranın Azərbaycana dəstəyi artıq yeni miqyasa çatıb”,-deyə Henrix Böll fondunun Qafqaz üzrə eksperti Ştefan Mayster jurnala danışıb.

“Son illərdə prezident Ərdoğanın rəhbərliyində ölkənin xarici siyasəti daha aqressiv xarakter almağa başlayıb. Bunu onun Suriyada, Liviyada və Aralıq dənizinin şərq hissəsindəki qaz yataqları uğrunda iddialarından görmək mümkündür. İndi isə rəsmi Ankara Qafqazdakı situasiyaya ciddi müdaxilə həyata keçirir”.

Ştefan Mayster bu vaxta qədər nisbətən passiv mövqedə dayanan Türkiyənin aktivləşməsində bir neçə səbəb görür.

Onun fikrincə, xarici siyasətdəki fəallaşmanın arxasında Ərdoğanın daxili siyasətdə əlavə xal qazanmaq niyyəti durur. “Azərbaycanın dəstəyi sayəsində Türkiyə lideri milliyətçi və mühafizəkar seçicilərin təqdirini qazanacaq. Üstəlik, Ermənistan mövzusu Türkiyədə ən emosional mövzulardan sayılır”,-deyə yazıda qeyd olunub.

Maysterin rəyinə görə, Ermənistanın arxasında Rusiyanın dayanması məsələnin ikinci tərəfini əks etdirir. Belə ki, Türkiyə burada artıq özünü regional güc kimi deyil, hakim mövqedə olan qüvvə olaraq təsdiqləmək istəyir.

“Həm Suriyada, həm də Liviyada Ankara və Moskva qarşı tərəflərdə dayanıblar. Ona görə də Dağlıq Qarabağda münaqişənin dərinləşəcəyini istisna etmək olmaz”,-deyə Ştefan Mayster söyləyib.

Alman ekspert burada yenə də qərəzli və tərəfli mövqe tutaraq Rusiyanı Türkiyəyə təzyiq göstərməyə çağırıb.
“Lakin Moskva hələ ki, passiv mövqe sərgiləyir”,-deyə o sonda vurğulayıb.

te3.JPG (30 KB)

Bundan başqa, “Der Spiegel”in dərc etdiyi başqa bir materialda Azərbaycanın işğal altında olan rayonların – Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcərin tanınmamış və qanunsuz “DQR”-in xəritəsinin içərisində göstərilməsi nəşrin nə dərəcədə qərəzsiz və obyektiv olduğunun göstəricisidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button